Tarixin Müəmması-Çingiz Xan.

Əziz dostlar,hələ orta məktəbdə oxuyarkən Tarix müəllimimiz Azərbaycan və dünya tarixində dərin izlər buraxmış hökmdarlar,sərkərdələr və dövlər başçıları haqqında məlumat verərkən məni ən çox haqqında düşünməyə vadar edən kökmdar Çingiz xan olub..amma bu nəhəng Tarixi şəxsiyyət tək məni yox,bütün tarixçilərin diqqət mərkəzində olmuşdur..

    Beləki onu Yuli Sezar,Napelon Bonapart,Hannibal kimi sərkərdələrlə müqayisə aparmışlar və üstünlüyü şəksiz olaraq Çingiz Xana veriblər.

    Çingiz Xana Tarixdə müxtəlif adlar veriblər:Allahın qəzəbi,Mükəmməl sərkərdə,Taxttacların sahibi və s. Bu adların verilməsi təbiidir,çünki 13 yaşında mübarizəyə qoşulan bu balaca çoban və ovçu biri digərinə qənim kəsilmiş ağıllı və müamallı uyğurları,yekəpər karaitləri,igid monqolları,sərt tatarları acıqlı markitləri birləşdirib onlara başçılıq etsin və mütəşəkkül orduya çevirsin..nə az nə çox,22 mln km2 ərazini əhatə edən imperiya yaratsın..Bu əsl möcüzədir.Amma mənim subyektiv fikrimcə  bu uğurun ən böyük səbəblərindən biri Çingiz Xanın “Qanun aliliyinin” tədbiqi idi..Təsadüfi deyilki Çingiz Xanın özüdə bu uğurlarının səbəbimi daha çox qanunlarda və onların gözlənilməsində görür.

  Bütün bu qanunlar bildiyimiz kimi “Çingiz Xan Yasası” adlanır”.Həmin Yasa 3 məqsədə xidmət edir.

1)   Hamını Çingiz Xana tabe etmək,yəni vahid idarəçilik yaratmaq.

2)   Dağınıq halda olan köçəri qəbilələri birləşdirmək.

3)   Və ən əsası əmələ görə cəzanı labüdlüyünü,yəni ədalət prinsipinin təmin olunması..

Bu qanunun mülkiyyətə deyil,daha çox insana yönəlmişdi.Qeyd edirik ki,hər hansı insan öz təqsirini etməsəydi və yaxud da,  cinayət yerində yaxalanmasaydı təqsirli sayımazdı.(bu qanun,demokratik ölkələrdə öz əksini tapan təqsirsizlik prezumpsiyası ilə çulğulaşır.)

Mənə həmişə maraqlı gələn digər faktor isə,tarixdə həmişə bizə təqdim edilən “Monqol” adının kimlərə şamil olunmasıdır..Amma oxuduğum qədəriylə “monqol” adı bioloji deyildir,yəni bir neçə tayfa birləşməsindən əmələ gələn addır.Çingiz Xan isə dönə-dönə qeyd edirmiş ki: İstəyirəm ki,gələcəkdə uğurlarımı və itkilərimi mənimlə bölüşdürən insanlar,hansı ki,sədaqətdə dağ billuruna bənzəyir-Monqol adlansın.

 Buradan da görünür ki,Monqol adı heçdə bioloji deyil..

           Əziz dostlar,mən bu qısa yazımda sadəcə bir neçə kitabdan oxuduğum kitaba istinadən,təsüratlarımı sizlərlə bölüşmək istədim..Oysa bu nəhəng şəxsiyyət haqqında paralel olaraq bir neçə mənbədən istifadə etməklə geniş yazmaq olardı.amma  yəqin ki əziyyətimə qiymət verərsiniz J………….

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma