Kəlbəcər-bu ad mənə həm çox yaxın,həmdə ki çox uzaqdır..Demək olar hər gün bu adı eşidirəm,amma təxəyyülümdə canlandırdığım doğma diyarı əyani görə bilmirəm.
Artıq 20 ildir ki, “Kəlbəcər” kəlməsi yalnız dillərdə qalıb,kimisi səmimi,kimisi isə qeyri-səmimi,kimisi o yerlərin həsrəti ilə,kimlər isə yalnız bu ad altında öz şəxsi maraqarını həyata keçirmək üçün bu kəlməni dillərindən düşürmürlər..Amma Tarix hər kəsi süzgəcdən kecirir,kimin niyyətinin nə olduğunu zamanı gəlincə üzə çıxardacaq..
Kəlbəcər haqqında,bir azda dəqiqləşdirsək onun tarixi,mədəni abidələri və çoğrafi spesifikliyi haqqında çoxumuzun nə yazıq ki,kifayət qədər bilgimiz yoxdur.Əsasən yaşlı nəslin verdiyi qeyri-elmi,etimoloji məlumatlar əsasında çoxumuz nəzəri bilgimizi formalaşdırırıq….ancaq bu məlumatlar isə bəzən səhv,bəzəndə müəyyən qrupların formalaşdırdığı ideologiyaya xidmət edir.(məs:buna əyani misal olaraq,elə Kəlbəcər adınn izahında da görürük..).. Oxumağa davam et