2

Elmi meqalem

ADPU-nun Tarix fakültəsinin 3-cu kurs
tələbəsi Qamətli Baba İqbal oğlu
Elmi rəhbər: prof.Əmrahov Mais

                                                                                          Qafqaz Albaniyasında xristianlığın yayılması.

Qafqaz Albaniyası Azərbaycanda yaranmış dövlətlər içərisində xüsusi rola malikdir. Çünki bu dövlət Azərbaycanın şimal hissəsində yaranmış və elmə məlum olan ilk dövlət qurumudur.
Bu dövlətdə dini münasibətlər xüsusi rola malik olmuşdur. Tarixən burada bütpərəstlik, zərdüştlük və s. dinlər mövcud olmuşdur.
Dünyanın ən qədim dinlərindən biri olan xristianlığın Azərbaycanda yayılması da məhz Albaniyanın mövcudluğu dövrünə gəlib çıxır.
Belə ki, Qafqaz Albaniyasına xristianlıq eramızın 54-57-ci illərində opostal Müqəddəs Yelisey tərəfindən gətirilmişdir. Bu səbəbdən Alban kilsəsi opostal kilsəsi adlanır. Qafqazda eləcə də, bütün xristian dünyasında olan qədim xristian kilsələrindən biri Alban kilsəsidir.
Albaniya xristian icmalının IV əsrdən xeyli əvvəl, xristianlıq dövlət dini olmamış yarandığı ölkələr sırasındadır.
Alban ənənəsinə görə eramızın ilk əsrinin başlanğıcında Yerusilmdən, Suriyadan ilk xristian missionerləri, həvariləri (opostalları) və həvarilərin şagirdləri Albaniyaya gəlmiş, ilk xristian icmaları yaranmışdır.
Yenə də Alban ənənəsi xristianlığın yaranmasında bir birini əvəz edən iki dövrü qeyd edir:
Həvari dövrü adlanan birinci mərhələ həvari ADPU-nun Tarix fakültəsinin II kurs tələbəsi Qamətli Baba İqbal oğlu Elmi rəhbər: prof.Əmrahov Mais Qafqaz Albaniyasında xristianlığın yayılması. Qafqaz Albaniyası Azərbaycanda yaranmış dövlətlər içərisində xüsusi rola malikdir. Çünki bu dövlət Azərbaycanın şimal hissəsində yaranmış və elmə məlum olan ilk dövlət qurumudur. Bu dövlətdə dini münasibətlər xüsusi rola malik olmuşdur. Tarixən burada bütpərəstlik, zərdüştlük və s. dinlər mövcud olmuşdur. Dünyanın ən qədim dinlərindən biri olan xristianlığın Azərbaycanda yayılması da məhz Albaniyanın mövcudluğu dövrünə gəlib çıxır. Belə ki, Qafqaz Albaniyasına xristianlıq eramızın 54-57-ci illərində opostal Müqəddəs Yelisey tərəfindən gətirilmişdir. Bu səbəbdən Alban kilsəsi opostal kilsəsi adlanır. Qafqazda eləcə də, bütün xristian dünyasında olan qədim xristian kilsələrindən biri Alban kilsəsidir. Albaniya xristian icmalının IV əsrdən xeyli əvvəl, xristianlıq dövlət dini olmamış yarandığı ölkələr sırasındadır. Alban ənənəsinə görə eramızın ilk əsrinin başlanğıcında Yerusilmdən, Suriyadan ilk xristian missionerləri, həvariləri (opostalları) və həvarilərin şagirdləri Albaniyaya gəlmiş, ilk xristian icmaları yaranmışdır. Yenə də Alban ənənəsi xristianlığın yaranmasında bir birini əvəz edən iki dövrü qeyd edir: Həvari dövrü adlanan birinci mərhələ həvarilərdən Müqəddəs Faddegin, Müqəddəs Varfolomeyin və Müqəddəs Faddegin şagirdi Müqəddəs Yeliseyin adı ilə bağlıdır. IV əsrə kimi davam edən bu dövrü şərti olaraq Siryanipərəst dövrü adlandırılır. Ikinci (Yunanpərəst) mərhələ maarifçi Qriqorinin və alban hökmdarı Urnayırın adları ilə bağlıdır. Erməni kilsəsindən fərqli olaraq Alban kilsəsi öz mənşəyinə görə ilkin çağından bilavasitə Yerusəlimə, Yerusəlimin patriarxlığı ilə bağlı olub. Bu baxımdan Alban kilsəsi, kökü həmçinin Yerusəlim kilsəsi ilə bağlı olan Gürcü kilsəsinə bənzəyir. Həvari Faddegin şagirdlərindən olan Yelisey Yerusəlimin birinci patriarxı Yequbun xeyir-duası ilə yeni dini təbliğ edə-edə “Ağvan” diyarına gəlib çıxmış və Kiş adlı yerdə kilsə tikdirmişdir. Bu kilsə Ermənistandakı birinci xristian kilsəsindən qabaq tikilmişdir. Sonra Yelisey Çoloyaya (Dərbənd) yollanmış, daha sonra isə Samur çayını keçib dinin təbliğini davam etdirmiş. Helmes kəndində bütpərəstlər tərəfindən öldürülərkən bir çalaya atılmışdır. Sonralar Alban məliki Vacayanın göstərişi ilə Yeliseyin cəsədinin qalıqları Xruq kəndində torpağa basdırılmış, çalanın üzərində isə kiçik bir məbəd tikilmişdir. Bu dövr xristianlığın Albaniyada yayılmasının birinci mərhələsinə aiddir. 313-cü ildə Roma imperatoru Konstantin xristianlığa etiqad üzərindən qadağanı götürdüyündən Alban hökmdarı Urnayr xristianlığı dövlət dini elan edir. Bu vaxtdan etibarən Azərbaycanda xristianlığın yayılmasının qrekofil dövrü adlanan yeni dövrü başlanır. Akademik Ziya Bünyadov göstərir ki, Urnayr, II Vaçe, III Vaçaqan ölkədə xristianlığı yaymaq üçün mübarizə aparmışlar, IV-V əsrlərdə ruhanilik və kilsə irarxiyası təşəkkül tapır. Katalikosun göstərişi ilə feodallar öz ərazilərində kilsə üçün xüsusi yerlər ayırırdılar. Bölgədə kilsələr tikilir, dini kitablar, siryani, arami və yunan dillərində Alban dilinə tərcümə edilirdi. Sinoyda aşkar edilmiş “Alban yazısında və Alban dilində” leksioneri dünyada xristianlığın ən qədim kütləvi qiraət kitablarından sayılır. 451-ci ildə Xalkidon kilsə toplantısında Albaniya monofizitliyə üstünlük verir, V-VI əsrlərdə ölkə ərazisində monofistlərlə deofizitlər arasınada mübarizə güclənir. VI əsrin sonu VII əsrin əvvəllərində alban kilsəsi geofizitliyi qəbul edir. Katolikosunun igamətgahı Çoqoy şəhərində yerləşirdi. 557-ci ildə igamətgah Bərdəyə köçürülür, Islam fütuhatlarından, xüsusilə alban məlikliyinin süqutundan sonra ölkədə xristianlığın rolu zəifləmiş, kilsələrdə ibadət erməni dilində aparılmış, Alban dili sıxışdırılıb çıxarılmışdır. VIII-IX əsrlərdə Azərbaycan ərazisində müstəqil dövlətlər yarananda Alban kilsəsi yenidən avtokefel kilsə statusunu bərpa etmişdir, X-XI əsrlərdə bölgəyə Şərq xristianlığı nüfuzunu müəyyən dərəcədə qoruyub saxlaya bilmişdir. Bu durum XVIII əsrə kimi beləcə davam etmişdir. 1836-cı ildə çar höküməti Sinodun təqdimatı ilə Alban kilsəsini ləğv edir, kilsənin bütün əmlakı Eçmiəzdin katolikosluğuna verilir, XX əsrin 80-90-cı illərində Alban kilsəsi bir daha bərpa olunur. 2003-cü ildə Alban-Udi xristian icması dövlət qeydiyyatından keçir. Bu, Şəkidəki Kiş kilsəsinin bərpasından sonra olmuşdur. Hazırda Qəbələ rayonunun Nic kəndindəki kilsəsinin də bərpası da davam etdirilir. VII əsrdə Ərəblərin Azərbaycanı işğal etməsindən sonra islam dini Azərbaycanda geniş yayılmış xristianlığı sıxışdırmağa başlayır. Məhz bu dövrdən başlayaraq ermənilər Albaniyanın xristian dini abidələrini özünküləşdirməyə başlayıblar. Hətta Qarabağın Dağlıq hissəsində olan xristianlar da ermənilərin təsirinə düşərək Assimilyasiya olmuşlar. Halbuki onlar erməni deyillər, Qriqoriyanlaşmış albanlardır. Hətta bu indinin özündə də hiss olunur. Belə ki, Qarabağ erməniləri ilə yerli ermənilər arasında mədəni baxımdan bəzi fərqlər mövcuddur. Yekun olaraq söyləyə bilərik ki, xristianlıq erkən dövrlərdə yaranmış, lakin əhali arasında kütləvi qəbul edilməmişdir. Xüsusilə İslamın azərbaycanda yayılmasından sonra bu dinin təsiri daha da zəifləmişdir. Bir məsələni də qeyd etmək lazımdır ki, ermənilər azərbaycanlıları xristianlığın qəbul edilməsində dünyada birincilik iddiasında olmaqda günahlandırılmışdır. Azərbaycan tarixşünaslığında heç vaxt deyilməmişdir ki, Qafqaz Albanları xristianlığı hamıdan əvvəl qəbul etmişdirlər. Amma erməni tarixçiləri Ermənistanı 301-ci ildə xristianlığı dövlət dini kimi dünyada birinci olaraq qəbul etmiş ölkə olması barədə mif yaratmışlar və onu inadla təbliğ edirlər. Lakin tarixi faktlarda göstərilir ki, xristianlıq ilk dəfə II əsrin axırlarında Edessa çarlığında yaranmışdır. 165-ci ildə Edessa çarı Abqar bar Manu (V.Abqar və ya VIII Manu) xristianlığı qəbul etmişdir. Alman tarixçisi və ilahiyyatçısı Adolf Fan Harnok 1905-ci ildə yazırdı: “Şübhə yoxdur ki, hələ 190-cı ilə qədər xristianlıq bütün Edessada və ona bitişik vilayətlərdə fəal yayılmışdır. (201-ci ildən az sonra, bəlkə də daha əvvəl) Çar sarayı kilsəni (yəni xristianlığı) qəbul etmişdir. Bütün bunlar ona dəlalət edir ki, ermənilər tarix boyu genetik düşmənləri saydıqları Azəri türklərinin həm mədəniyyətinə, həm də torpağına göz dikmişdir. Ermənilər Arsax toponiminin erməni dilində olduğunu göstərirlər, lakin bunun erməni dilinə heç bir dəxli yoxdur. Arsax miladdan əvvəl VII əsrdə təsdiqlənmişdir və bunu Yerevanın təməlini qoymuş I Argiştinin oğlu II Sarduri təsdiq etmişdir. I Argişti və II Sarduri isə hay deyil, Urartu çarları olmuşdur. Yekun olaraq deyə bilərik ki, bu gün Ermənistan adlanan dövlətin özü başqa xalqın torpağında yaranmış və həmin xalqların mədəniyyətini mənimsəyərək formalaşmışdır. Bu dövlətin qonşu xalqların ərazi iddiaları irəli sürməsi qəbuledilməzdir. lərdən Müqəddəs Faddegin, Müqəddəs Varfolomeyin və Müqəddəs Faddegin şagirdi Müqəddəs Yeliseyin adı ilə bağlıdır.
IV əsrə kimi davam edən bu dövrü şərti olaraq Siryanipərəst dövrü adlandırılır.
Ikinci (Yunanpərəst) mərhələ maarifçi Qriqorinin və alban hökmdarı Urnayırın adları ilə bağlıdır.
Erməni kilsəsindən fərqli olaraq Alban kilsəsi öz mənşəyinə görə ilkin çağından bilavasitə Yerusəlimə, Yerusəlimin patriarxlığı ilə bağlı olub. Bu baxımdan Alban kilsəsi, kökü həmçinin Yerusəlim kilsəsi ilə bağlı olan Gürcü kilsəsinə bənzəyir.
Həvari Faddegin şagirdlərindən olan Yelisey Yerusəlimin birinci patriarxı Yequbun xeyir-duası ilə yeni dini təbliğ edə-edə “Ağvan” diyarına gəlib çıxmış və Kiş adlı yerdə kilsə tikdirmişdir.
Bu kilsə Ermənistandakı birinci xristian kilsəsindən qabaq tikilmişdir. Sonra Yelisey Çoloyaya (Dərbənd) yollanmış, daha sonra isə Samur çayını keçib dinin təbliğini davam etdirmiş. Helmes kəndində bütpərəstlər tərəfindən öldürülərkən bir çalaya atılmışdır. Sonralar Alban məliki Vacayanın göstərişi ilə Yeliseyin cəsədinin qalıqları Xruq kəndində torpağa basdırılmış, çalanın üzərində isə kiçik bir məbəd tikilmişdir. Bu dövr xristianlığın Albaniyada yayılmasının birinci mərhələsinə aiddir.
313-cü ildə Roma imperatoru Konstantin xristianlığa etiqad üzərindən qadağanı götürdüyündən Alban hökmdarı Urnayr xristianlığı dövlət dini elan edir. Bu vaxtdan etibarən Azərbaycanda xristianlığın yayılmasının qrekofil dövrü adlanan yeni dövrü başlanır.
Akademik Ziya Bünyadov göstərir ki, Urnayr, II Vaçe, III Vaçaqan ölkədə xristianlığı yaymaq üçün mübarizə aparmışlar, IV-V əsrlərdə ruhanilik və kilsə irarxiyası təşəkkül tapır.
Katalikosun göstərişi ilə feodallar öz ərazilərində kilsə üçün xüsusi yerlər ayırırdılar. Bölgədə kilsələr tikilir, dini kitablar, siryani, arami və yunan dillərində Alban dilinə tərcümə edilirdi.
Sinoyda aşkar edilmiş “Alban yazısında və Alban dilində” leksioneri dünyada xristianlığın ən qədim kütləvi qiraət kitablarından sayılır.
451-ci ildə Xalkidon kilsə toplantısında Albaniya monofizitliyə üstünlük verir, V-VI əsrlərdə ölkə ərazisində monofistlərlə deofizitlər arasınada mübarizə güclənir.
VI əsrin sonu VII əsrin əvvəllərində alban kilsəsi geofizitliyi qəbul edir. Katolikosunun igamətgahı Çoqoy şəhərində yerləşirdi. 557-ci ildə igamətgah Bərdəyə köçürülür, Islam fütuhatlarından, xüsusilə alban məlikliyinin süqutundan sonra ölkədə xristianlığın rolu zəifləmiş, kilsələrdə ibadət erməni dilində aparılmış, Alban dili sıxışdırılıb çıxarılmışdır.
VIII-IX əsrlərdə Azərbaycan ərazisində müstəqil dövlətlər yarananda Alban kilsəsi yenidən avtokefel kilsə statusunu bərpa etmişdir, X-XI əsrlərdə bölgəyə Şərq xristianlığı nüfuzunu müəyyən dərəcədə qoruyub saxlaya bilmişdir.
Bu durum XVIII əsrə kimi beləcə davam etmişdir. 1836-cı ildə çar höküməti Sinodun təqdimatı ilə Alban kilsəsini ləğv edir, kilsənin bütün əmlakı Eçmiəzdin katolikosluğuna verilir, XX əsrin 80-90-cı illərində Alban kilsəsi bir daha bərpa olunur.
2003-cü ildə Alban-Udi xristian icması dövlət qeydiyyatından keçir. Bu, Şəkidəki Kiş kilsəsinin bərpasından sonra olmuşdur. Hazırda Qəbələ rayonunun Nic kəndindəki kilsəsinin də bərpası da davam etdirilir.
VII əsrdə Ərəblərin Azərbaycanı işğal etməsindən sonra islam dini Azərbaycanda geniş yayılmış xristianlığı sıxışdırmağa başlayır. Məhz bu dövrdən başlayaraq ermənilər Albaniyanın xristian dini abidələrini özünküləşdirməyə başlayıblar. Hətta Qarabağın Dağlıq hissəsində olan xristianlar da ermənilərin təsirinə düşərək Assimilyasiya olmuşlar.
Halbuki onlar erməni deyillər, Qriqoriyanlaşmış albanlardır.
Hətta bu indinin özündə də hiss olunur. Belə ki, Qarabağ erməniləri ilə yerli ermənilər arasında mədəni baxımdan bəzi fərqlər mövcuddur.
Yekun olaraq söyləyə bilərik ki, xristianlıq erkən dövrlərdə yaranmış, lakin əhali arasında kütləvi qəbul edilməmişdir. Xüsusilə İslamın azərbaycanda yayılmasından sonra bu dinin təsiri daha da zəifləmişdir.
Bir məsələni də qeyd etmək lazımdır ki, ermənilər azərbaycanlıları xristianlığın qəbul edilməsində dünyada birincilik iddiasında olmaqda günahlandırılmışdır.
Azərbaycan tarixşünaslığında heç vaxt deyilməmişdir ki, Qafqaz Albanları xristianlığı hamıdan əvvəl qəbul etmişdirlər. Amma erməni tarixçiləri Ermənistanı 301-ci ildə xristianlığı dövlət dini kimi dünyada birinci olaraq qəbul etmiş ölkə olması barədə mif yaratmışlar və onu inadla təbliğ edirlər.
Lakin tarixi faktlarda göstərilir ki, xristianlıq ilk dəfə II əsrin axırlarında Edessa çarlığında yaranmışdır.
165-ci ildə Edessa çarı Abqar bar Manu (V.Abqar və ya VIII Manu) xristianlığı qəbul etmişdir.
Alman tarixçisi və ilahiyyatçısı Adolf Fan Harnok 1905-ci ildə yazırdı: “Şübhə yoxdur ki, hələ 190-cı ilə qədər xristianlıq bütün Edessada və ona bitişik vilayətlərdə fəal yayılmışdır. (201-ci ildən az sonra, bəlkə də daha əvvəl)
Çar sarayı kilsəni (yəni xristianlığı) qəbul etmişdir. Bütün bunlar ona dəlalət edir ki, ermənilər tarix boyu genetik düşmənləri saydıqları Azəri türklərinin həm mədəniyyətinə, həm də torpağına göz dikmişdir.
Ermənilər Arsax toponiminin erməni dilində olduğunu göstərirlər, lakin bunun erməni dilinə heç bir dəxli yoxdur.
Arsax miladdan əvvəl VII əsrdə təsdiqlənmişdir və bunu Yerevanın təməlini qoymuş I Argiştinin oğlu II Sarduri təsdiq etmişdir.
I Argişti və II Sarduri isə hay deyil, Urartu çarları olmuşdur.
Yekun olaraq deyə bilərik ki, bu gün Ermənistan adlanan dövlətin özü başqa xalqın torpağında yaranmış və həmin xalqların mədəniyyətini mənimsəyərək formalaşmışdır. Bu dövlətin qonşu xalqların ərazi iddiaları irəli sürməsi qəbuledilməzdir.