0

Bəlkə “Məsumluqdan” çıxaq?!

Bugünlərdə Bakının Yasamal rayonun 158 saylı orta məktəbində Pedaqoji təcrübədə olarkən,düşündürücü bir vəziyyətlə qarşılaşdım.

Beləki 18 oktyabr(Müstəqillik haqqında konstitusiya aktı) müstəqilliyimizin bərpası münasibətilə şagirdlərə nəzəri informasiya verməyi icmala əlavə etdim Oxumağa davam et

2

“ Kəlbəcər xatirələri” (hekayə)

 “ Kəlbəcər xatirələri” (hekayə)

1993-cü ilin yazı idi.Havalar çox sərt və qeyri-normal keçirdi.Sanki qoca təbiətdə insanların bir-birinə olan riyakarlığına,amansız istismarına,misli görünməmiş vəhşiliklərinə üsyan edirdi.Bəlkədə insan oğluna göstərmək istəyirdi ki,
– siz bir cütlüyün övladısınız..!..Belə olan təqdirdə,bu vəhşətlər,müharibələr,sinfi istismarlar,nədən qarşısıalınmaz bir sürətlə çoxalır…AXI insan oğlu dinc şəraitdə,bir-birinin malına,canına qəsd etmədəndə yaşaya bilər?!…
Ancaq təssüf ki,insan oğlu təbiətin bu şıltaqlığını təbii bir qanunauyğunluq kimi xarakterizə edirdi.
Kəlbəcər rayonu həqiqətəndə çox gözəl,heyratəmiz bir təbiətə malik idi..Bumbuz bulaqlar,gül-çiçəkli çəmənlikər,başıqarlı dağlar,göz yaşıtək axan çaylar,yamyaşıl meşələr adamı valeh edirdi.amma nədənsə bu yaz təbiət bütün gözəlliklərini itirmişdi.Bu bəlkədə yerli əhaliyə bir işarə idi.
Bəhs olunan dövrdə Altürkün 11 yaşı,bacısı Aytürkün isə 9 yaşı var idi.Ziyalı bir ailənin övladı olmaq hələ uşaqlığından onu,dərslərinə məsuliyyətli,məktəbdə isə intizamlı olmağa təhrik edirdi.
Atası Alpan müəllim,həmişə oğlunun hüquqşünas olmağını arzulayırdı.Altürk isə gələcəkdə vətəninə,millətinə yaralı bir hərbiçi olmağı arzulayırdı.Bu bəlkədə zərurət idi.Çünki həmin dövr çox mürəkkəb bir tarixi dövr idi.
Beləliklə Altürkün dünyanı anlamağa çalışdığı həmin vaxtlar ölkə çox çətin hərbi-siyasi çəkişmələr dövrünü yaşayırdı.Televiziya və radio yayımlarında,hər gün onlarla məsum azəri türkünün ermənilər tərəfindən qətlə yetirildiyi xəbərləri verilirdi.
Bu durum Altürkdə,qarşısıalınmaz bir revanşizm hissinin yaranmasına səbəb olurdu.Məhz buna görədə Altürk hüquqşünas deyil,hərbiçi olmaq istəyirdi.
Bir gün Altürk səhər saat 6-da yuxudan durub,müəllimlərinin verdiyi tapşırığı təkrarlamaq üçün işığı yandırdı.Əslində O,bunu mütəmadi edirdi.Böyüklərindən eşitmişdiki, sübh çağı oxunan dərs yaddan çıxmır.ancaq bugün dərs oxumaq ona müyəssər olmayacaqdı.Çünki pəncərədə gördüyü mənzərə dəhşətverici idi.Təxmini 1500-2000 sakini olan kənd erməni hərbi birləşmələri tərəfindən mühasirədə idi.Tankların və digər ağır zirehli maşınların kəndə yaxınlaşdığını görən Altürk vaxt itirmədən ailəsini yuxudan oyatdı..Artıq silah və top səslərindən kənd sakinlərinin çoxu yuxudan oyanıb,canlarını qurtarmağın yollarını axtarırdılar.
Balaca Altürk baş verən bu müsibəti diqqətlə müşahidə edirdi…Elə bu zaman qalın səsli bir kişinin aa millət,hara gedirsiz?-bura bizim torpaqdır,torpağınızı düşmənə verib hara gedirsiz?!-deyə qışqırdığını eşitdi.Heç kəsin onu dinləmədiyini görən həmin şəxs,səsinin tonunu bir azda qaldırıb—hər evdə heç olmasa ov tüfəngi var,yığışaq düşmənə müqavimət göstərək.Lazım olsa burada ölək.!.Deməsinlər ki,torpaqlarını düşmənə verib qaçdılar.Elə bu zaman başqa səmtdən nazik səsli biri,”Əşi səndə romantiksənee.! Millət can hayında sənsə çərənləyirsən”.!..Torpaqlar satılıb,çalış canını qurtar.!-buna cavab həmin kişi dahada aqressiv tərzdə “kim satıbee,bəyəm torpaqda satılır?!”-deyə -deyə qışqırdı.Təxmini 7-8 dəqiqə mübahisə eşidildi…
Kənd sakinləri isə,doğma torpağı tərk edib canlarını qurtarmaq üçün tələsirdilər..(davamı II-III hissədə)
(Müəllif:Baba Qamətli,Rəşad Abdullayev)
Tarix:29.10.2012
htts://www.facebook.com/KELBECER

0

Ivanovka:Azərbaycanda Sosializmin canlı muzeyi

Bir müddət əvvəl bir neçə yaxın tələbə yodaşımla qərara aldıq ki,adını duyduğumuz,lakin canlı müşahidə edə bilmədiyimiz bir neçə dağ rayonlarımıza tur  təşkil edək.Bu məqsədlə Bakıdan start götürdük və ilk  dayanacağımız Respubilikamızın Füsunkar gözəlliyə malik rayonlarımızdan olan,qartallar yuvası İsmayıllı oldu…amma əsl məqsədimiz Rayonun mərkəzini gəzmək deyil,tarixi-mədəniyyət abidələri ilə zəngin olan Mollaisaqlı,Lahıc və nəhayət Ölkləmizin Sosilaizm incisi olan Oxumağa davam et

1

Bizə Demokratiya nə üçün lazımdır?

1.DEMOKRATİYA NƏDİR?

2.DEMOKRATİYANIN BİZƏ HANSI XEYİRLƏRİ VAR?

3.AZƏRBAYCAN CƏMİYYƏTİ DEMOKRATİKDİRMİ?

 

Əziz dostlar,yəqin ki hər biriniz “Demokratiya “ sözünü eşidibsiz və bu sözün ilkin mənasınıda başa düşürsünüz.

Gündəlik həyatda,istər Tv-də,istərsədə adi çayxanalarda belə bu terminə rast gəlmək olur..Və bu termini səthi olaraq(Demokratiya yunan dilində demos xalq,cratos idarəetmə deməkdir)__Xalq hakimiyyəti,xalq idarəetməsi kimi başa düşülür…Amma sən demə bu məhşur termin əslində çox geniş anlayışı ifadə edirmiş.Demokratiya həm ideoloji,həm hüquqi,həmdə ki siyasi bir anlayışdır…Belə isə gəlin Demokratiyanın tarixinə birlikdə nəzər salaq: Oxumağa davam et

0

Kəlbəcər Tarixi Türk Torpağıdır”

Bir neçə gün öncə çevrəmdə cərayan edən bir hadisə bu yazını yazmamda əsas meyar oldu. Beləki Facebook sosial şəbəkəsində tanımadığım naməlum bir şəxs mənim doğulduğum Kəlbəcər haqqında öz səhifəmizdə yazdığım məlumatlara etiraz edərək,Kəlbəcərin bir kürd diyarı olduğunu və ən əsasıda öz xəyallarında canlandırdığı “Qızıl Kürdüstanın “bir hissəsi olduğunu israrla mənə söyləyirdi. Oxumağa davam et

3

Qanlıkəndin Azadlıq Simvolu.

Mən Mürşüd Məmmədov haqqında bir az məlumat eşitmişdim ancaq,onun doğma kəndi Qanlıkənd uğrunda Erməni hərbiçilərinə qarşı vuruşması və qəhramancasına ŞƏHİD olması haqda yetərincə məlumatım yox idi.. Ancaq Mürşüdin həyatı və onun Müqəddəs vətən qarşısında göstərdiyi igidlikləri öyrəndikdən sonra Onun Həqiqətəndə Azərbaycanın fəfr ediləsi bir qəhramanı olduğunun şahidi oldum….Gəlin Mürşüdin keçdiyi döyüş yoluna nəzər salaq: 1994-cü ildə Kəlbəcərin Qanlıkəndini Erməni hərbi birləşmələrindən xilas etmək üçün, briqada qərargahında kəşfiyyatçı məlumatları toplanmış,əməliyyat planı hazırlanmışdır.Əməliyyat planın həyata keçirilməsi bölük komandiri: Kapitan Mürşüd Məmmədova taşırılmışdır. Oxumağa davam et

2

Yəhudi Diasporu

YARPAQLARI VƏ BUDAQLARI QURUSA DA, DAİMA YAŞAYAN QOCAMAN AĞAC” İFADƏSİ ÖZÜNÜ TAM MƏNADA DOĞRULDUR 

    Bu gün dünyanın bütün bölgələrinə səpələnərək 50 milyonluq azərbaycanlı adını daşıyan soydaşlarımızın birlik, həmrəylik anlayışılarında ciddi problemlər var. Diaspordaxili ziddiyyətlər, qarşılıqlı anlaşımamazlıq, liderlik uğrunda mübarizə və digər problemlər azərbaycanlıların vahid bir mərkəzə çevrilməsində əngəlliklər yaradır. Bunu aradan götürmək yollarını və istiqamətlərini düşünən “beyinlər” tarixi- keçmişi-psixoloji məqamları nəzərə almaqla yanaşı dünyanın başqa millətlərinin təcrübəsinə də əsaslanmalıdırlar. Hər dəfə dünyadakı ayrı-ayrı millətlərin diasporlarından danışanda ilk olaraq diqqəti güclü yəhudi diasporu cəlb edir. Biz bu millətin keçdiyi yola baxsaq onların yeni dünya nizamında güclü olma səbəbinə qismən də olsa cavab tapa bilərik.

Dünyanın bütün bölgələrində əsrlərdən bəri formalaşan yəhudi diasporunu digərlərindən güclü və nüfuzlu edən cəhətlər bu günün özündə də tam açılmayıb. Bir çox tədqiqatçılar isə ümumilikdə diaspor termininin yəhudilərə şamil olunmasına qarşı çıxaraq, bu “sirli millət”in milli xüsusiyyətlərinin diaspora anlayışı ilə üst-üstə düşmədiyini əsas kimi göstərirlər. “Tarixi formalaşma prosesi və müasir durumu maraqlı, cəlbedici və sirli məqamlarla dolu olan yəhudi diasporunu güclü edən səbəblər hansılardır” sualına hələ də bütöv şəkildə cavab vermək qeyri-mümkündür.    Yəhudilərin milli-mənəvi xüsusiyyətləri dünyanın digər xalqları üçün açılmaz bir müəmma kimi qalır. Bir millət barədə dünyanın müxtəlif bölgələrində çoxsaylı və bir-birindən fərqli fikirlər formalaşıb.

 Böyük Britaniyada yəhudilər dünyanın əsas hakimləri, Almaniyada və Rusiyada varlı millət, ABŞ-da seçilmiş xalq, Asiya ölkələrində baş verən hadisələrin əsas səbəbkarları və s. kimi tanınırlar. Musiqiləri, adət-ənənələri, milli mətbəxləri, ailə münasibətləri, dini-ideoloji baxışları, geyimləri və digər cəhətlərilə fərqlənən yəhudilər dünyanın harasında olsalar da, öz milli dəyərlərini dişləri-dırnaqları, var gücləri ilə qorumağa çalışırlar və onların bu səyi səmərəsiz qalmır. Tarixin qaranlıq, qanlı, keşməkeşli, idarəolunmaz dönəmlərində dəfələrlə başları müsibətlər çəkən yəhudilər bütün bu ağır sınaqlardan ilk növbədə birlik, həmrəylik hesabına çıxıblar. Digər millətlərə qaynayıb-qarışmalarına, adaptasiya olmalarına baxmayaraq, əriməyən, assimilyasiya olunmayan yəhudilər bütün bu cəhətlərinə görə məğlubedilməz millət adı qazanıblar.   Yəhudi milli hərəkatında və yəhudilərin tarixində mühüm rolu olan Teodor Hertsel yəhudiliyi “yarpaqları və budaqları qurusa da, özü daima yaşayan qocaman ağac”a bənzətmişdi.

 Onun bu bənzətməsi illər keçdikcə özünü tam mənada doğruldur. I və II dünya müharibələri zamanı baş verən kütləvi qırğınlardan sonra sayı yarıbayarı azalsa da, bir millət kimi yəhudilər məhv olmadılar, əksinə, tarixin ağır, bəlkə də başqa millətlərin dözməyəcəyi sınaqlardan daha da bütövləşərək, saflaşaraq çıxdılar. Bu proseslər yəhudilərin həm bir millət, həm də diaspor halında bir qədər də güclənməsinə təkan verdi. Yəhudiləri qarışıq nikaha sövq edərək, doğulan körpələri qeyri-yəhudi kimi tərbiyələndirib böyütmək cəhdində bulunan bəzi dövlətlər öz məqsədlərinə çata bilmədikdən sonra zaman-zaman antisemitist nəzəriyyələr işləyib hazırlamağa çıxış yolu kimi baxıblar. Onları bir-birindən ayırmaq məqsədilə böyük yəhudi icmaları olan ərazilərdə öz siyasətlərini yeridərək, yəhudiləri digər bölgələrə sürgün edib, hara gəldi, səpələyiblər.

Yəqin ki, elə bu səbəbdən, həmin səpələnmənin nəticəsi olan diaspor anlayışına yəhudilər heç zaman rəğbətlə yanaşmayaraq, bu anlayışı öz aralarında “qalut” – “qala” kimi qəbul ediblər. İbrani dilində sürgün mənası ifadə edən qalut, yaxud qalada yaşamaq yəhudilər üçün Allah tərəfindən göndərilən cəfa kimi başa düşülür və onlar bütün fəaliyyətləri, davranışları və adət-ənənələrində Böyük Yaradanın qəzəbinin soyumasına çalışdıqlarına inanırlar.   Yəhudi diasporunun yaşam və fəaliyyət konsepsiyası ilə yaxından məşğul olan Stiv İsrael hesab edir ki, yəhudi diasporunun bütün təzyiqlərə və çətinliklərə baxmayaraq qüvvətli olması onların dinə və inanclara bağlı olmasından, möhkəm inamından irəli gəlir. S.İsrael yəhudilər arasında belə bir inamın güclü olmasını qeyd edir: İnanca görə, yəhudi millətini Allah qarğayıb, Ulu Yaradanın qəzəbini soyutmaq üçün yəhudilər özlərini ilahi şərtlərə uyğun aparmalıdırlar. Bunun əvəzində mükafat olaraq, Allah sonda onları doğma və tarixi torpaqlarına geri qaytaracaq. Hələlik isə yəhudilər yaşadıqları ölkələrin sakinlərinə və dövlət quruluşuna loyallıq göstərməli və müqəddəs günün vaxtını gözləməlidirlər. Qalutda – diaspor halında yaşamaq, fəaliyyət göstərmək və həmrəy olmaq üçün Qalaxi – yəhudi hüquq və normalar sistemi hazırlanıb. Qalaxidən əsas məqsəd yəhudilərin ana vətənlərini unutmamaları, doğma yurdu daim yadda saxlamalarıdır.

 Yəhudi diasporu barədə bir çox filmlərdə, kitablarda, yaxud nümayiş olunan rituallarda ibadət zamanı üzlərini Yerusəlimə – Qüdsə tərəf tutaraq, Böyük Yaradandan onları sürgün həyatından qurtarmaq, Ana Vətənə geri dönmələrinə imkan vermək rica edilir. Bu əbədi arzu, ülvi dilək yəhudiləri millət kimi monolit, yekdil edib, onların bir amal naminə yaşamalarını və fəaliyyət göstərmələrini şərtləndirib. Yəhudi toylarında özünəməxsus ənənələrə riayət edilməsi də çox maraqlı və cəlbedicidir. Toy zamanı qədəh sındırmaq, Yerusəlim barədə dualar oxumaq, musiqilər ifa etmək, deyilən sağlıqlarda Ana Vətənin yad edilməsi yəhudi millətini daha da güclü və mütəşəkkil hala gətirən amillərdəndir. Sukkot bayramında və digər müqəddəs günlərdə onlar İsrail torpaqlarında yetişən 4 növ bitkinin yada salınması yəhudi millətinin yekdilliyinə təkan verən daha bir cəhətdir.

Müşahidələr göstərir ki, yəhudilər görüşüb ayrılanda onların bir-birinə dedikləri son sözlər əsasən, “Gələn il Yerusəlimdə görüşərik” olur”.    Bu gün yəhudi diasporunda vacib olan şərtlərdən biri də hər bir yəhudinin, həyatında bir dəfə olsa belə, İsrail torpaqlarını ziyarət etməsidir. Bu ziyarət ona gələcək nəsilləri düzgün tərbiyə etmək üçün böyük ruh yüksəkliyi və mənəvi güc verir. Yəhudiləri digərlərindən fərqləndirən cəhətlərdən biri də onların başqa millətləri özlərinə çox yaxın buraxmamalarıdır. Hər bir millət üçün yəhudilərə yaxınlaşmağın bir həddi var və bu həddin mövcudluğu yəhudilər tərəfindən ümumi şəkildə qəbul olunmuş qaydadır. Onların dilini, tarixini, ədəbiyyatını, milli adət-ənənələrini öyrənməyə həvəs göstərən şəxslər üçün geniş imkanlar yaradan yəhudilər özləri haqda müəyyən çərçivədə məlumatlar verirlər. Bu yöndə kiminsə çox dərinə getməsi yəhudilərin arzulamadıqları haldır.

Hazırda dünyada bir çox sahələrdə hakim mövqeyə sahib olan yəhudilər antisemitizm əleyhinə ciddi mübarizə aparırlar. Yəhudilərin, əvvəlki illərdən fərqli olaraq, bu gün ciddi siyasi, maddi və mənəvi gücü var. Bu gücdən düzgün və məqsədyönlü istifadə onların hazırda təhlükəsiz, hətta üstün bir mövqedə qalmalarını təmin edir. Müəyyən hallarda yəhudi diasporunda da fikir ayrılıqlarının şahidi olmaq mümkündür. Diaspor və muxtariyyət tərəfdarları ilə millətçi yəhudilər arasında vətənə münasibət məsələsində fikir və mövqe fərqliliyi müşahidə olunur. Amma bu, heç də yəhudilərin millət və diaspor kimi zəifləmələri demək deyil. Əksinə, bu fikir ayrılıqları onların daha korrekt və məqsədyönlü davranmasına təkan olur.     Yəhudilərin məqsəd və amalını, onların özlərinin tez-tez təkrarlamağı xoşladıqları, Teodor Hertselə məxsus bu fikir çox aydın ifadə edir: “Azad insanlar kimi öz torpaqlarımızda yaşamaq və sakit halda öz evlərimizdə ölmək istəyirik”.

2

Elmi meqalem

ADPU-nun Tarix fakültəsinin 3-cu kurs
tələbəsi Qamətli Baba İqbal oğlu
Elmi rəhbər: prof.Əmrahov Mais

                                                                                          Qafqaz Albaniyasında xristianlığın yayılması.

Qafqaz Albaniyası Azərbaycanda yaranmış dövlətlər içərisində xüsusi rola malikdir. Çünki bu dövlət Azərbaycanın şimal hissəsində yaranmış və elmə məlum olan ilk dövlət qurumudur.
Bu dövlətdə dini münasibətlər xüsusi rola malik olmuşdur. Tarixən burada bütpərəstlik, zərdüştlük və s. dinlər mövcud olmuşdur.
Dünyanın ən qədim dinlərindən biri olan xristianlığın Azərbaycanda yayılması da məhz Albaniyanın mövcudluğu dövrünə gəlib çıxır.
Belə ki, Qafqaz Albaniyasına xristianlıq eramızın 54-57-ci illərində opostal Müqəddəs Yelisey tərəfindən gətirilmişdir. Bu səbəbdən Alban kilsəsi opostal kilsəsi adlanır. Qafqazda eləcə də, bütün xristian dünyasında olan qədim xristian kilsələrindən biri Alban kilsəsidir.
Albaniya xristian icmalının IV əsrdən xeyli əvvəl, xristianlıq dövlət dini olmamış yarandığı ölkələr sırasındadır.
Alban ənənəsinə görə eramızın ilk əsrinin başlanğıcında Yerusilmdən, Suriyadan ilk xristian missionerləri, həvariləri (opostalları) və həvarilərin şagirdləri Albaniyaya gəlmiş, ilk xristian icmaları yaranmışdır.
Yenə də Alban ənənəsi xristianlığın yaranmasında bir birini əvəz edən iki dövrü qeyd edir:
Həvari dövrü adlanan birinci mərhələ həvari ADPU-nun Tarix fakültəsinin II kurs tələbəsi Qamətli Baba İqbal oğlu Elmi rəhbər: prof.Əmrahov Mais Qafqaz Albaniyasında xristianlığın yayılması. Qafqaz Albaniyası Azərbaycanda yaranmış dövlətlər içərisində xüsusi rola malikdir. Çünki bu dövlət Azərbaycanın şimal hissəsində yaranmış və elmə məlum olan ilk dövlət qurumudur. Bu dövlətdə dini münasibətlər xüsusi rola malik olmuşdur. Tarixən burada bütpərəstlik, zərdüştlük və s. dinlər mövcud olmuşdur. Dünyanın ən qədim dinlərindən biri olan xristianlığın Azərbaycanda yayılması da məhz Albaniyanın mövcudluğu dövrünə gəlib çıxır. Belə ki, Qafqaz Albaniyasına xristianlıq eramızın 54-57-ci illərində opostal Müqəddəs Yelisey tərəfindən gətirilmişdir. Bu səbəbdən Alban kilsəsi opostal kilsəsi adlanır. Qafqazda eləcə də, bütün xristian dünyasında olan qədim xristian kilsələrindən biri Alban kilsəsidir. Albaniya xristian icmalının IV əsrdən xeyli əvvəl, xristianlıq dövlət dini olmamış yarandığı ölkələr sırasındadır. Alban ənənəsinə görə eramızın ilk əsrinin başlanğıcında Yerusilmdən, Suriyadan ilk xristian missionerləri, həvariləri (opostalları) və həvarilərin şagirdləri Albaniyaya gəlmiş, ilk xristian icmaları yaranmışdır. Yenə də Alban ənənəsi xristianlığın yaranmasında bir birini əvəz edən iki dövrü qeyd edir: Həvari dövrü adlanan birinci mərhələ həvarilərdən Müqəddəs Faddegin, Müqəddəs Varfolomeyin və Müqəddəs Faddegin şagirdi Müqəddəs Yeliseyin adı ilə bağlıdır. IV əsrə kimi davam edən bu dövrü şərti olaraq Siryanipərəst dövrü adlandırılır. Ikinci (Yunanpərəst) mərhələ maarifçi Qriqorinin və alban hökmdarı Urnayırın adları ilə bağlıdır. Erməni kilsəsindən fərqli olaraq Alban kilsəsi öz mənşəyinə görə ilkin çağından bilavasitə Yerusəlimə, Yerusəlimin patriarxlığı ilə bağlı olub. Bu baxımdan Alban kilsəsi, kökü həmçinin Yerusəlim kilsəsi ilə bağlı olan Gürcü kilsəsinə bənzəyir. Həvari Faddegin şagirdlərindən olan Yelisey Yerusəlimin birinci patriarxı Yequbun xeyir-duası ilə yeni dini təbliğ edə-edə “Ağvan” diyarına gəlib çıxmış və Kiş adlı yerdə kilsə tikdirmişdir. Bu kilsə Ermənistandakı birinci xristian kilsəsindən qabaq tikilmişdir. Sonra Yelisey Çoloyaya (Dərbənd) yollanmış, daha sonra isə Samur çayını keçib dinin təbliğini davam etdirmiş. Helmes kəndində bütpərəstlər tərəfindən öldürülərkən bir çalaya atılmışdır. Sonralar Alban məliki Vacayanın göstərişi ilə Yeliseyin cəsədinin qalıqları Xruq kəndində torpağa basdırılmış, çalanın üzərində isə kiçik bir məbəd tikilmişdir. Bu dövr xristianlığın Albaniyada yayılmasının birinci mərhələsinə aiddir. 313-cü ildə Roma imperatoru Konstantin xristianlığa etiqad üzərindən qadağanı götürdüyündən Alban hökmdarı Urnayr xristianlığı dövlət dini elan edir. Bu vaxtdan etibarən Azərbaycanda xristianlığın yayılmasının qrekofil dövrü adlanan yeni dövrü başlanır. Akademik Ziya Bünyadov göstərir ki, Urnayr, II Vaçe, III Vaçaqan ölkədə xristianlığı yaymaq üçün mübarizə aparmışlar, IV-V əsrlərdə ruhanilik və kilsə irarxiyası təşəkkül tapır. Katalikosun göstərişi ilə feodallar öz ərazilərində kilsə üçün xüsusi yerlər ayırırdılar. Bölgədə kilsələr tikilir, dini kitablar, siryani, arami və yunan dillərində Alban dilinə tərcümə edilirdi. Sinoyda aşkar edilmiş “Alban yazısında və Alban dilində” leksioneri dünyada xristianlığın ən qədim kütləvi qiraət kitablarından sayılır. 451-ci ildə Xalkidon kilsə toplantısında Albaniya monofizitliyə üstünlük verir, V-VI əsrlərdə ölkə ərazisində monofistlərlə deofizitlər arasınada mübarizə güclənir. VI əsrin sonu VII əsrin əvvəllərində alban kilsəsi geofizitliyi qəbul edir. Katolikosunun igamətgahı Çoqoy şəhərində yerləşirdi. 557-ci ildə igamətgah Bərdəyə köçürülür, Islam fütuhatlarından, xüsusilə alban məlikliyinin süqutundan sonra ölkədə xristianlığın rolu zəifləmiş, kilsələrdə ibadət erməni dilində aparılmış, Alban dili sıxışdırılıb çıxarılmışdır. VIII-IX əsrlərdə Azərbaycan ərazisində müstəqil dövlətlər yarananda Alban kilsəsi yenidən avtokefel kilsə statusunu bərpa etmişdir, X-XI əsrlərdə bölgəyə Şərq xristianlığı nüfuzunu müəyyən dərəcədə qoruyub saxlaya bilmişdir. Bu durum XVIII əsrə kimi beləcə davam etmişdir. 1836-cı ildə çar höküməti Sinodun təqdimatı ilə Alban kilsəsini ləğv edir, kilsənin bütün əmlakı Eçmiəzdin katolikosluğuna verilir, XX əsrin 80-90-cı illərində Alban kilsəsi bir daha bərpa olunur. 2003-cü ildə Alban-Udi xristian icması dövlət qeydiyyatından keçir. Bu, Şəkidəki Kiş kilsəsinin bərpasından sonra olmuşdur. Hazırda Qəbələ rayonunun Nic kəndindəki kilsəsinin də bərpası da davam etdirilir. VII əsrdə Ərəblərin Azərbaycanı işğal etməsindən sonra islam dini Azərbaycanda geniş yayılmış xristianlığı sıxışdırmağa başlayır. Məhz bu dövrdən başlayaraq ermənilər Albaniyanın xristian dini abidələrini özünküləşdirməyə başlayıblar. Hətta Qarabağın Dağlıq hissəsində olan xristianlar da ermənilərin təsirinə düşərək Assimilyasiya olmuşlar. Halbuki onlar erməni deyillər, Qriqoriyanlaşmış albanlardır. Hətta bu indinin özündə də hiss olunur. Belə ki, Qarabağ erməniləri ilə yerli ermənilər arasında mədəni baxımdan bəzi fərqlər mövcuddur. Yekun olaraq söyləyə bilərik ki, xristianlıq erkən dövrlərdə yaranmış, lakin əhali arasında kütləvi qəbul edilməmişdir. Xüsusilə İslamın azərbaycanda yayılmasından sonra bu dinin təsiri daha da zəifləmişdir. Bir məsələni də qeyd etmək lazımdır ki, ermənilər azərbaycanlıları xristianlığın qəbul edilməsində dünyada birincilik iddiasında olmaqda günahlandırılmışdır. Azərbaycan tarixşünaslığında heç vaxt deyilməmişdir ki, Qafqaz Albanları xristianlığı hamıdan əvvəl qəbul etmişdirlər. Amma erməni tarixçiləri Ermənistanı 301-ci ildə xristianlığı dövlət dini kimi dünyada birinci olaraq qəbul etmiş ölkə olması barədə mif yaratmışlar və onu inadla təbliğ edirlər. Lakin tarixi faktlarda göstərilir ki, xristianlıq ilk dəfə II əsrin axırlarında Edessa çarlığında yaranmışdır. 165-ci ildə Edessa çarı Abqar bar Manu (V.Abqar və ya VIII Manu) xristianlığı qəbul etmişdir. Alman tarixçisi və ilahiyyatçısı Adolf Fan Harnok 1905-ci ildə yazırdı: “Şübhə yoxdur ki, hələ 190-cı ilə qədər xristianlıq bütün Edessada və ona bitişik vilayətlərdə fəal yayılmışdır. (201-ci ildən az sonra, bəlkə də daha əvvəl) Çar sarayı kilsəni (yəni xristianlığı) qəbul etmişdir. Bütün bunlar ona dəlalət edir ki, ermənilər tarix boyu genetik düşmənləri saydıqları Azəri türklərinin həm mədəniyyətinə, həm də torpağına göz dikmişdir. Ermənilər Arsax toponiminin erməni dilində olduğunu göstərirlər, lakin bunun erməni dilinə heç bir dəxli yoxdur. Arsax miladdan əvvəl VII əsrdə təsdiqlənmişdir və bunu Yerevanın təməlini qoymuş I Argiştinin oğlu II Sarduri təsdiq etmişdir. I Argişti və II Sarduri isə hay deyil, Urartu çarları olmuşdur. Yekun olaraq deyə bilərik ki, bu gün Ermənistan adlanan dövlətin özü başqa xalqın torpağında yaranmış və həmin xalqların mədəniyyətini mənimsəyərək formalaşmışdır. Bu dövlətin qonşu xalqların ərazi iddiaları irəli sürməsi qəbuledilməzdir. lərdən Müqəddəs Faddegin, Müqəddəs Varfolomeyin və Müqəddəs Faddegin şagirdi Müqəddəs Yeliseyin adı ilə bağlıdır.
IV əsrə kimi davam edən bu dövrü şərti olaraq Siryanipərəst dövrü adlandırılır.
Ikinci (Yunanpərəst) mərhələ maarifçi Qriqorinin və alban hökmdarı Urnayırın adları ilə bağlıdır.
Erməni kilsəsindən fərqli olaraq Alban kilsəsi öz mənşəyinə görə ilkin çağından bilavasitə Yerusəlimə, Yerusəlimin patriarxlığı ilə bağlı olub. Bu baxımdan Alban kilsəsi, kökü həmçinin Yerusəlim kilsəsi ilə bağlı olan Gürcü kilsəsinə bənzəyir.
Həvari Faddegin şagirdlərindən olan Yelisey Yerusəlimin birinci patriarxı Yequbun xeyir-duası ilə yeni dini təbliğ edə-edə “Ağvan” diyarına gəlib çıxmış və Kiş adlı yerdə kilsə tikdirmişdir.
Bu kilsə Ermənistandakı birinci xristian kilsəsindən qabaq tikilmişdir. Sonra Yelisey Çoloyaya (Dərbənd) yollanmış, daha sonra isə Samur çayını keçib dinin təbliğini davam etdirmiş. Helmes kəndində bütpərəstlər tərəfindən öldürülərkən bir çalaya atılmışdır. Sonralar Alban məliki Vacayanın göstərişi ilə Yeliseyin cəsədinin qalıqları Xruq kəndində torpağa basdırılmış, çalanın üzərində isə kiçik bir məbəd tikilmişdir. Bu dövr xristianlığın Albaniyada yayılmasının birinci mərhələsinə aiddir.
313-cü ildə Roma imperatoru Konstantin xristianlığa etiqad üzərindən qadağanı götürdüyündən Alban hökmdarı Urnayr xristianlığı dövlət dini elan edir. Bu vaxtdan etibarən Azərbaycanda xristianlığın yayılmasının qrekofil dövrü adlanan yeni dövrü başlanır.
Akademik Ziya Bünyadov göstərir ki, Urnayr, II Vaçe, III Vaçaqan ölkədə xristianlığı yaymaq üçün mübarizə aparmışlar, IV-V əsrlərdə ruhanilik və kilsə irarxiyası təşəkkül tapır.
Katalikosun göstərişi ilə feodallar öz ərazilərində kilsə üçün xüsusi yerlər ayırırdılar. Bölgədə kilsələr tikilir, dini kitablar, siryani, arami və yunan dillərində Alban dilinə tərcümə edilirdi.
Sinoyda aşkar edilmiş “Alban yazısında və Alban dilində” leksioneri dünyada xristianlığın ən qədim kütləvi qiraət kitablarından sayılır.
451-ci ildə Xalkidon kilsə toplantısında Albaniya monofizitliyə üstünlük verir, V-VI əsrlərdə ölkə ərazisində monofistlərlə deofizitlər arasınada mübarizə güclənir.
VI əsrin sonu VII əsrin əvvəllərində alban kilsəsi geofizitliyi qəbul edir. Katolikosunun igamətgahı Çoqoy şəhərində yerləşirdi. 557-ci ildə igamətgah Bərdəyə köçürülür, Islam fütuhatlarından, xüsusilə alban məlikliyinin süqutundan sonra ölkədə xristianlığın rolu zəifləmiş, kilsələrdə ibadət erməni dilində aparılmış, Alban dili sıxışdırılıb çıxarılmışdır.
VIII-IX əsrlərdə Azərbaycan ərazisində müstəqil dövlətlər yarananda Alban kilsəsi yenidən avtokefel kilsə statusunu bərpa etmişdir, X-XI əsrlərdə bölgəyə Şərq xristianlığı nüfuzunu müəyyən dərəcədə qoruyub saxlaya bilmişdir.
Bu durum XVIII əsrə kimi beləcə davam etmişdir. 1836-cı ildə çar höküməti Sinodun təqdimatı ilə Alban kilsəsini ləğv edir, kilsənin bütün əmlakı Eçmiəzdin katolikosluğuna verilir, XX əsrin 80-90-cı illərində Alban kilsəsi bir daha bərpa olunur.
2003-cü ildə Alban-Udi xristian icması dövlət qeydiyyatından keçir. Bu, Şəkidəki Kiş kilsəsinin bərpasından sonra olmuşdur. Hazırda Qəbələ rayonunun Nic kəndindəki kilsəsinin də bərpası da davam etdirilir.
VII əsrdə Ərəblərin Azərbaycanı işğal etməsindən sonra islam dini Azərbaycanda geniş yayılmış xristianlığı sıxışdırmağa başlayır. Məhz bu dövrdən başlayaraq ermənilər Albaniyanın xristian dini abidələrini özünküləşdirməyə başlayıblar. Hətta Qarabağın Dağlıq hissəsində olan xristianlar da ermənilərin təsirinə düşərək Assimilyasiya olmuşlar.
Halbuki onlar erməni deyillər, Qriqoriyanlaşmış albanlardır.
Hətta bu indinin özündə də hiss olunur. Belə ki, Qarabağ erməniləri ilə yerli ermənilər arasında mədəni baxımdan bəzi fərqlər mövcuddur.
Yekun olaraq söyləyə bilərik ki, xristianlıq erkən dövrlərdə yaranmış, lakin əhali arasında kütləvi qəbul edilməmişdir. Xüsusilə İslamın azərbaycanda yayılmasından sonra bu dinin təsiri daha da zəifləmişdir.
Bir məsələni də qeyd etmək lazımdır ki, ermənilər azərbaycanlıları xristianlığın qəbul edilməsində dünyada birincilik iddiasında olmaqda günahlandırılmışdır.
Azərbaycan tarixşünaslığında heç vaxt deyilməmişdir ki, Qafqaz Albanları xristianlığı hamıdan əvvəl qəbul etmişdirlər. Amma erməni tarixçiləri Ermənistanı 301-ci ildə xristianlığı dövlət dini kimi dünyada birinci olaraq qəbul etmiş ölkə olması barədə mif yaratmışlar və onu inadla təbliğ edirlər.
Lakin tarixi faktlarda göstərilir ki, xristianlıq ilk dəfə II əsrin axırlarında Edessa çarlığında yaranmışdır.
165-ci ildə Edessa çarı Abqar bar Manu (V.Abqar və ya VIII Manu) xristianlığı qəbul etmişdir.
Alman tarixçisi və ilahiyyatçısı Adolf Fan Harnok 1905-ci ildə yazırdı: “Şübhə yoxdur ki, hələ 190-cı ilə qədər xristianlıq bütün Edessada və ona bitişik vilayətlərdə fəal yayılmışdır. (201-ci ildən az sonra, bəlkə də daha əvvəl)
Çar sarayı kilsəni (yəni xristianlığı) qəbul etmişdir. Bütün bunlar ona dəlalət edir ki, ermənilər tarix boyu genetik düşmənləri saydıqları Azəri türklərinin həm mədəniyyətinə, həm də torpağına göz dikmişdir.
Ermənilər Arsax toponiminin erməni dilində olduğunu göstərirlər, lakin bunun erməni dilinə heç bir dəxli yoxdur.
Arsax miladdan əvvəl VII əsrdə təsdiqlənmişdir və bunu Yerevanın təməlini qoymuş I Argiştinin oğlu II Sarduri təsdiq etmişdir.
I Argişti və II Sarduri isə hay deyil, Urartu çarları olmuşdur.
Yekun olaraq deyə bilərik ki, bu gün Ermənistan adlanan dövlətin özü başqa xalqın torpağında yaranmış və həmin xalqların mədəniyyətini mənimsəyərək formalaşmışdır. Bu dövlətin qonşu xalqların ərazi iddiaları irəli sürməsi qəbuledilməzdir.