“Yanşaq”-Əsir Yurdumuz.!

Vətən.. Bu Anlayış bəlkədə nisbi anlayışdır.!. Ancaq hələ keçən əsrdə yaşamış Ukrayna Pedoqoqu Suxomlinski deyirdi: “Vətən uşaq üçün bir parça çörəkdən və buğda zəmisindən,meşə kənarından və kiçik göl üzərindəki mavi səmadan başlayır”.  Bu fikri bir azda genişləndirsək deyə bilərik ki,VƏTƏN doğulduğun,boya başa çatdığın sosial-bioloji mövcud olduğun coğrafiyadır.!                                                                                                                               Bəs biz yeni nəsil Kəlbəcər gənclərinin Vətəni?!….Bu suala daha ətrafli “Kəlbəcər” başlıqlı yazımda ətraflı şərh vermişdim.                                                       Bu gün mən daha da dərinə varacam və doğulduğum lakin bir ildən sonra erməni hərbi birləşmələri tərəfindən viran edilən doğma kəndim “Yanşaq” haqqında bildiyim informasiyaları sizlərlə bölüşəcəm..Gəlin ilk öncə Yanşaq toponiminin mənasına diqqət edək:Bəzi Mənbələrdə bura “aşıqlar yurdu”,aşıqlar məskəni”(N.G.Məmmədov “Topanomika”,M.Təhməzov.”Kəlbəcər Ensklopediyası”.) anlamını bildirir..Sözün leksionu türk mənşəlidir.                                                                               Yanşaq kəndi Kəlbəcər rayonunun digər yaşayış məntəqələrinə nisbətən kiçik kənd olub.Bu kəndin yaradılış tarixinə nəzər yetirdikdə demək olar ki,XIX əsrdə Tovuz-Qazax bölgəsindən çar məmurlarının isdibdadından təngə gələrək daha dağlıq relyefdə məskun olmaq(Etimoloji mənbələrə əsasən) istəyən bəylər tərəfindən binə edildiyinin şahidi oluruq..                            Qeyd edimki 2 mindən biraz artıq sakini olan Yanşaq kəndi Azərbaycana xeyli sayda ziyalı nəsli bəxş edib…Bu kənd qeyri -adi heyratəmiz təbiətə malik olub.Təmiz havaya,səfali relyefə malik olan kənd uzunömürlülər diyarı olub..Qaratel nənə,Ellaz dayı kimi insanlar 120-dən artıq yaş ömür sürmüşlər.                                                                                                                                         Yanşaq kəndinin ətrafında bir sıra kiçik yaşayış məskənləridə olub: Yanşaqbinə___Bura Yanşaq kəndinin binə yeriymiş və kəndin sakinləri Yanşaqdan ayrılan insanlar olub.Onlar mal-qara saxlamaq üçün orada məskunlaşıblar.!                                                                                                                       Yanşaq kəndinin yaşlı insanlarının xatırladığı məhşur yaylaqları bunlardır:Qaranın yurdu,Eşşək meydanı,ŞırŞır,Daşgələn,Qara Arxac,Heyvəli,Xosrovun yurdu,Yal Yurdu,Çicəkli və s.                                                      Birazda mhşur yerlərindən sadalayaq:Meydan çayı,At qoruğu,Dəvə düşən,Bala düz,Böyük düz,Taxça,Qurban biçən,Daşgələn çayı,Qara Arxacın çayı və s…                                                                                                                                         Təbiiki mən bu qısa yazımla doğma kəndim haqqında tam geniş həcmli informasiya verməyə idaalı deyiləm.Çünki Yanşaq işğal olunanda mənim cəmi 1 yaşım olub.Ancaq böyüklərimdən,kəndin ziyalı insanlarından və elmi mənbələrdən aldığım bilgilərimi szilərlə bölüşmək istədim.

Hörmətlə Baba Qamətli

 

 

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma