“Təhsil-uçuruma yuvarlanan gələcəyimiz”.

Hər bir xalqın inkişafının fövqündə dayanan əsas faktor onun təhsil sistemi ilə əlaqədardır.Bəşər cəmiyyəti əldə etdiyi inqilabi kəşflərin məğzində məhz təhsil,daha doğrusu elmi nailiyyətlər dayanır..İnsan oğlu daim qorxu içərisində yaşadığı təbiətin asılılığından şüurda baş verən inqilabi,yəni dünyəvi elmlərin inkişafı nəticəsində nail olmuşdur.

   Elm,heçdə eyni çoğrafi bölgələrdə və yaxud müəyyən konkret  xalqların nailiyyətinin nəticəsi sayəsində bugünki inkişaf səviyyəsinə çatmayıb…Elmin sərhədləri olmur.!..ancaq elmi biliklərin inkişaf səviyyəsi bütün xalqlarda eyni səviyyədə olmamışdır.Bunun təbiiki obyektiv səbəbləri var.

   Elmin,təhsilin inkişafında geri qalan dövlətlərin  ərazisi hər nə qədər təbii ehtiyatlarla zəngin olsada həmin dövlətlər həmişə aclıq,səfalət içində yaşayıb.Buna əyani misal olaraq bir neçə dövlətin adını çəkə bilərərm..Beləki Nigeriya,İraq,Yəmən və s..qəbildən olan dövlətlər zəngin təbii resurslara malik olmalarına  rəğmən həmin ölkələrin vətəndaşları minumum yaşayış səviyyəsindən də aşağı səviyyədə yaşayır..Təbiiki bunun əsas səbəblərindən biridə həmin ölkələrin siyasi hakimiyyətinin “Elmin,Təhsilin” inkişafında maraqlı olmamasındandır.

    Çox təssüf ki,çoğrafi cəhətdən əlverişli strateji mövqedə yerləşən,eyni zamanda zəngin təbii resurslara malik ölkəmizdə bir müddət sonra bu cür durumla qarşılaşa bilər.Baxmayaraq ki,neft və qazdan gələn milyardlarla manat valyuta, ölkəmizi günü-gündən zəngin büdcəyə malik edir.Ancaq çox təssüf ki,ən böyük sərmayə olan təhsilimiz hər keçən gen məhv olmaq üzrədir.!.Nəzərər alsaq ki,Neft və təbii Qaz dükənən təbii sərvətlər sırasına daxildir,onda vəziyyətin acınacaqlı olduğu aydın olur.

   Oysa ən böyük kapital məhz insan kapitalıdır..

      Bugün Yaponiya,Almaniya,Fransa və İsrail kimi böyük inkişafa nail olmuş  dövlətlər məhz elmi-texnoloji nailiyyətlərin sayəsində bu mövqedədirlər.!

    Bizim ölkəmiz həmin ölkələrin təcrübəsindən istifadə edib təhsilə  önəmli sərmayə qoya bilər.Amma çox təssüf ki reallıqlar bunun əksini deyir.

   İstər orta məktəblərdə,istərsə də ali məktəblərdə təhsilimiz arzuolunan səviyyədə deyil.İldən ilə isə geriləmə nəzərə çarpır.Bunun isə həm obyektiv,həmdə ki,subyektiv səbəbləri var.!

       Əgər təhsildə rüşvət varsa demək ki,neqativlər çox olacaq.!..Bir sözlə,təhsil sistemimizdə köklü islahatlar keçirilməsə gələcəyimizin uçuruma yuvarlanması labüddür.!

                             Baba Qamətli

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma