Kəlbəcər-Əsirlikdə qalan yurdum.

Kəlbəcər-bu ad mənə həm çox yaxın,həmdə ki çox uzaqdır..Demək olar hər gün  bu adı eşidirəm,amma təxəyyülümdə canlandırdığım doğma diyarı əyani görə bilmirəm.

Artıq 20 ildir ki, “Kəlbəcər” kəlməsi yalnız dillərdə qalıb,kimisi səmimi,kimisi isə qeyri-səmimi,kimisi o yerlərin həsrəti ilə,kimlər isə yalnız bu ad altında öz şəxsi maraqarını həyata keçirmək üçün bu kəlməni dillərindən düşürmürlər..Amma Tarix hər kəsi süzgəcdən kecirir,kimin niyyətinin nə olduğunu zamanı gəlincə üzə çıxardacaq..

    Kəlbəcər haqqında,bir azda dəqiqləşdirsək onun tarixi,mədəni abidələri və çoğrafi spesifikliyi haqqında çoxumuzun nə yazıq ki,kifayət qədər bilgimiz yoxdur.Əsasən yaşlı nəslin verdiyi qeyri-elmi,etimoloji məlumatlar əsasında çoxumuz nəzəri bilgimizi formalaşdırırıq….ancaq bu məlumatlar isə bəzən səhv,bəzəndə müəyyən qrupların formalaşdırdığı ideologiyaya xidmət edir.(məs:buna əyani misal olaraq,elə Kəlbəcər adınn izahında da görürük..)..

    Bildiyimiz kimi Kəlbəcər rayonu 1930-cu ilin avqustun 8-də inzibati rayon kimi əsası qoyulub.Keçmiş Sovet İmperiyasının ən sərt üsullarla möhkəmləndiyi bir zamanda müttəfiq respublika olan Azərbaycanda bu dağlıq rayonun təşkil olunması təsadüf deyildi.Çünki fərdi kəndli təsərüfatının sıxışdırıldığı və kalxozların yarandığı bu tarixi dövrdə Kəlbəcər rayonun yaranması,Azərbaycan SSRİ-də artan iqtisadi tələbatların ödənilməsində böyük rol oynaya bilərdi…

  Düzdü Kəlbəcər inzibati rayon kimi 1930-cu ildə təşkil olunub,ancaq bu o demək deyil ki burada kompakt halda yaşayış olmayıb.Bunu təsdiq etmək üçün Tarixə kiçik bir səyahət yetərli olar..Beləki Kəlbəcərin iqlim şəraitinin və digər(şirin su qaynaqları,təbii mağaralar,bol gilmeyvə və s.) həyati amillərin olması ən qədim dövrlərdən burada insanların məskunlaşmasına imkan verib.

  Tarixin müxtəlif mərhlələrində bu əsrarəngiz diyarda insanlar məskun olublar.Kəlbəcərdə yerləşəm “Zar” mağarasında tapılan Maddi-mədəniyyət nümunələri onu deməyə əsas verir ki,burada Paleolitin ilkin mərhələsindən insanlar yaşayıblar.

   Kəlbəcərdə daha çox Alban dövrü memarlıq abidələri çoxluq təşkil edib…işğala qədər burada onlarla maddi-mədəniyyət nümunələri olub..ancaq Erməni Vandalizmi tarixi abidələrində saxtalaşdırmaqdan yan keçməyib.

  Bugün Kəlbəcərdə qarışıq məsələlərdən biri etnogenezlə bağlıdır.Amma mən bu məsələnin üzərində çox dayanmayacam,daha öncə bununla bağlı kiçik bir araşdırma aparmışdım.Amma ümumi olaraq onu deyə bilərəm ki işğaldan əvvəlki dövrdə rayon ərazisində türklərlə birlikdə,kürtlər və aborigen az sayda erməniləşmiş albanlarda yaşayıblar..Xüsusilə burada olan sakinlərin əcdadları daha çox Qazax,Tovuz,Zəngəzur və Laçın bölgələrindən miqrasiya edənlərdir.Bəlkədə elə məhz bu amilə görədir ki,Azərbaycanda Aşıq sənətinin yayıldığı bölgələr deyəndə,ağıla ilk olaraq adını sadaladığım rayonlar düşür..

    Kəlbəcər haqqında genişhəcmli bir Ensklopediya belə yazmaq olar..Mən bu kiçik yazımda sadəcə Eşitdiklərim və bildiklərimin bir qismini sizlərlə bölüşürəm..Bəlkə bu məlumatlar çoxunuza tanışdır və qeyri-adi bir informasiya yoxdur,ancaq təssüflər olsun ki,Kəlbəcərin coğrafi olaraq harda yerləşdiyini belə bilməyən gənclərimizdə var..

  Uzun sözün qısası,bilənlər bilməyənlərə yardımçı olmalıdır.!

           Hörmətlə Baba Qamətli.08.04.2013

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma