Sözümü hardan və necə başlayım bilmirəm…..amma əvvəlcə belə bir yazını yazmağa məni təhrik edən əsas amili göstərmək istəyirəm.
Demək İran yönümlü “Fitrət” jurnalının saylarının birində “İslam Demokratiyası” başlıqlı bir yazıya rast gəldim..Burada reallıqdan kənar ağız dolusu danışılır…nəysə,bu yazını oxudum və təsüratlarımı sizlərlə bölüşmək qərarına gəldim.
Bu yazıda dünyəvi Demokratiya(Həqiqi Demokratiya) Qərbin,Amerikan imperalizmin Şərq ölkələrinə,daha da irəli getsək müsəlman ölkələrinə sırımaq istədiyi bir virus olduğu vurğulanır və bir anlamda bugün ki,müsəlman ölkələrinin çoxunda iktidarda olan siyasi rejimlərə,daha doğrusu Əmirlərə,Sultanlara,diktatorlara haqq qazandırılır…Xüsusi olaraq vurğulanır ki Şəriət qaydaları hər şeyin fövqündə dayanmalıdır..
Həqiqətəndə bu Jurnaldakı yazı müsəlman şərqindəki ölkələrin analoji vəziyyətini xarakterizə edir..
Bugün müsəlman şərqində baş verən vəhşətlər,hüquqsuzluqlar,həyatın bütün sahələrində Qərb Ölk
ələrindən geriliyin ən önəmli səbəbi həmin ölkələrin Demokratiyadan uzaq,Siyasi rejimlərini qorumaq üçün uydurduqları “İslam Demokratiyası-nın” prinsipləri ilə idarə olunmasıdır.
Ümumiyyətlə mənim fikrimcə Demokratiya ilə İslamı eyniləşdirmək özü absurddur.Çünki din insanın mənəvi seçimidir.Demokratik prinsipcə hər bir fərdin vicdan azadlığı vardır və burdanda aydın olur ki bu məfhum məntiqsizdir..
Bu qəbildən olan Ölkələrdən biri BƏƏ-dir…Bildiyimiz kimi dünyanın ən zəngin enerji resurslarına malik ölkələrdən biri də məhz Birləşmiş Ərəb Əmirlikləridir..Bu ölkə illərdir sözdə,İslam qaydaları ilə(İslam Demokratiyası) yönətildiyi üzdə dünya ictimaiyyətinə göstərilsə də,əslində təbəələr üzərində qeyri-məhdud(vətəndaş yox haa.!!!) hakimiyyətə malik Əmirlər tərəfindən yönətilir.
Təkcə bir faktı qeyd edim ki,bu ölkənin başçısı Xalif ƏL-Həyyanın 800 milyard dollar pulu var(“Dəvət” Dini-siyasi jurnalında oxumuşdum bu faktı)..Onun ƏBU-DABİDƏ tikdirdiyi “Əmir Palasa” oteli dünyanın ən ünlü otellerindən sayılır və otelin unitazları belə qızıldandandır.
Bütün bu sərvətlər əslində xalqın mülkiyyətdir,ancaq bu ölkənin timsalında zəngin İslam Ölkələrinin vətəndaşları “Zənginliklər içində yoxsul yaşayırlar”..Ancaq Qərbin yüksək inkişaf etmiş demokratik ölkələri isə məhdud təbii sərvətlərə malik olmasına rəğmən yüksək yaşam standartlarına malikdirlər.Bununda ən böyük səbəbi həmin ölkələrdə həqiqi “Demokratiyanın” bərqərar olmasıdır..
Baba Qamətli:13.12.2012
Eziz Baba.Meqalen yaxsidi.Bir sey deyim…vaxtile bir genc taniyirdim….ateizme nifret edirdi.Neyse bu oz yerinde.Baba esline qalanda men ne o ne de bu fikrle razi deyilem.Iran,BEE kimi olkelerin xalqi yoneltmek yontemi serietden sui istifade..Avropadakinin ise demokratiyadir.Yeni hec birisi o biri terefe yarayan deyil ve avropalilar demokrayiyani ….muselman olkeleri ise serieti her zaman tenqin ve teqdir ede cek.Bele halda duzgun demikratiya ve duzgun serietin ziyani yoxdur.Vay o gunden ki bizdeki kimi demokratiya ve Irandaki kimi seriet her yerde berqerar ola.
Zamin,senin demeyinden bele cixirki,Muselman dunyasi yalniz seiet qaydalari ile yonetilmelidir?!.Bu mumkun deyil,din insanin menevi secimidir…hec kes Seriet qaydalari ile idare edilmeye mecbur edile bilmez..artiq 21-ci esrde yasayiriq..seiet Qurana deyil,daha cox mentalitede esaslanir hemin olkeerde…relada genis muzekire ederik..
Baba ,mən istər musəlman ölkələrində istər sə digər ölkələrdə zora terefdar deyiləm.Mən tam demokratiyaya və tam şəriətə qarşıyam.Daha doğrusu insanlar istedikleri kimi yaşaya bilməzlər.Bu mümkün deyil.Ammə müsəlman ölkələrinin şəriətlə yönəldilməsini deməmışəm mən.Düzgün şəriətlə hə..amma indiki vəziyyətdə mənə mən dediyim kimi yönəldilən bir ölkə göstər.