Özümüz özümüzün düşməniyik

                  Tarix boyu quruluşundan asılı olmayaraq, müxtəlif zamanlarda,müxtəlif cəmiyyətlərdə həmişə cəmiyyətdaxili eybəcərlikərə, cəhalətə qarşı mübarizə aparan milli elita formalaşıb.Bu elita bir növ cəmiyyətin ağır və keşməkeşli yükünü öz üzərinə götürüb,yorulmadan, usanmadan mübarizə aparıb.

 

        Bu baxımdan Azərbaycan cəmiyyətində müxtəlif dövrlərdə xalqın qaymağı sayılan,milli düşüncəli,maarifpərvər insanlar həmişə bu cür mübarizələrdə öndə olublar.Bu ziyalı elita həmişə cəmiyyətdə neqativ hallara qarşı inqilabi dəyişikliklər üçün mübarizədə bir an da olsun geriyə addım atmayıblar.Əgər biz tarixə qısa bir səyahət etsək XIX əsrin ikinci yarısından başlayan, XX əsrin 30-cu illərinə kimi davam edən mərhələni xüsusi vurğulaya bilərik.Beləki M.F.Axundzadə,H.B.Zərdabi,N.B.Vəzirov və adlarını çəkmədiyim başqa maarifçilərlə başlayan bu mərhələ M.Ə.Rəsulzadə,Ə.B.Huseynzadə,Ə.Ağaoğlu,C.Cabbarlı,Ə.Cavad və s.kimi şəxslərin timsalında daha da genişlənsə də,30-cu illərin qanlı Sovet terroru,mədəni geriliyə,cəhalətə,bir sözlə cəmiyyətdəki eybəcərliklərə qarşı mübarizə aparan xalqın bu Elitasının mübarizəsini yarımçıq qoydu.

 

 Çox təəssüf ki,həmin dövrdən sonra artıq saxta,bir növ Aysberqə bənzəyən bir Elita(təbii ki, bunu bütün maarifçi insanlara şamil etmək haqsızlıq olardı) formalaşdı.

 

        Bu gün də bu tendensiya davam edir desək yanılmarıq..Bu gün özünü xalqın elitası adlandıran insanlar iki qütbdə birləşiblər: birinci qütbdə birləşənlər,zahiri olaraq milli-mənəvi dəyərlərlərimizə,mentalitetimizə bağlı,intellektual insanlardan ibarət və eyni zamanda Qərbin inkişaf etmiş mədəni nailiyyətləri ilə,milli mədəni dəyərlərimizi sintez etdirən bir cəmiyyət qurulmasını istəyir.Amma təəssüflər olsun ki, bu qütbdə birləşənlər bunları yalnız bir aksioma kimi qəbul edib,zahiri bir pafos yaratmaq və bununla da cəmiyyətə öz iradələrini qəbul etdirmək istəyirlər.

 

 Digər qütbdə birləşən,özlərini yenilikçi,müasir,mütərəqqi Elita adlandıran insanlar isə,öz milli kimliyindən,mili-mənəvi dəyərlərimizdən,bir sözlə özümüzəməxsus spesifik dəyərlərimizi bir kənara ataraq, Qərbi(ideoloji anlamda) təqlid etməklə,onların mənəvi köləsinə çevrilməmizə çalışır.

 

   Belə olan halda olan yenə xalqa olur…Artıq bizə xarici düşmən lazım deyil,onsuzda “Özümüz Özümüzün Düşməninə Çevrilmişik”

 

            

 

Baba Qamətli

 

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma