0

Şüurda inqilab

Bəşər övladı xəlq olunduğu dövrdən,uzun bir zaman kəsiyində İptidaidən Aliyə doğru təkamül mərhələsi keçmişdir.İpdidadi insanla, müasir insanı müqayisə etsək aradakı fərqlər açıq şəkildə nəzərə çarpacaq.Bu insanlar arasında fiziki qurluş daha tez diqqəti cəlb etsə də,İptidadi insanla müasir insan arasında ən böyük fərq,Şüurda olan fərqlilikdir.
Əgər ilk insanlar təbiətin hazır nemətləri ilə qidalanıb yaşayırdılarsa,müasir insan həm istehsal edir,həmdə istehlakçı olur.Bir növ təbiətdən asılılığı zəifləyir.Bu amil insanların bioloji təlabatından yaranan fərqlilikdir.
İptidai İnsana Sosial varlıq demək çətindir.Çünki onlar bioloji yaşayırdılar.(yəni onlar orqanizmin təlabatını ödəyirdilər).Ancaq müasir insanlar həm bioloji yaşayır,həmdəki sosial.bir sözlə Biososial varlıqdır.Bunun da əsas səbəbi Əqlin inkişafındadır.
Bildiyimiz kimi ilk dəfə bəşər tarixində “İnsan şüurunda inqilab”Neolit dövründə olub.Məhz bu səbəbə görə həmin dövrü Tarixdə, Neolit inqilabı kimi xarakterizə edilir.Daha sonra Sənaye inqilabı ilə insan şüuru ali mərhələyə doğru bir addımda yaxınlaşdı..Nəhayət,ETİ ilə insan əqli fövqalədə gücə sahib olduğunu gəstərdi.
Bütün bunlar dünyanın ümumi inkişafının mərhələsi idi.Əgər bu inkişaf mərhələlərini regionlara ayırsaq ziddiyyətli və fərqli nəticələrə gəlib çıxarıq.Məs:Şərq ilk elmi biliklərin yaranmasının mərkəzi olsada,elm,təhsil Qərbdə yüksək səviyyəyə çatıb.Bütün bunların fonunda Qərblə,Şərq insanı arasında mədəni fərqlərlə yanaşı,həmdə düşüncə tərzi,həyata baxış və s.əsaslı şəkildə fərqlənir.
Nədənsə Şərq insanında,Qərbə nisbətən heyvani hisslərlə yaşama daha çox nəzərə çarpıb(məs:Kralların,Əmirlərin,monorxlarin timsalında bunu aydın sezə bilərik).
Bugündə bu tendensiya davam edir:bunu əyani misallarla izah etməyə çalışacam.Yəqinki hər biriniz BƏƏ,Qətər,Küveyt,Bəhreyn kimi ölkələri tanıyırsız.yuxarıda adlarını sadaladığım ölkələr,adam başına düşən gəlirinə görə ABŞ,Kanada,Fransa,İspaniya kimi ölkələri qabaqlayır.Neftdən gələn böyük maliyyə imkanları hesabına bu ölkələr səhrada sanki cənnət yaradıblar.hətda artıq son bir neçə ildə İqtisadiyyatın birtərəfli olmaması üçün qeyri-neft sektorunuda inkişaf etdiriblər.Ancaq bütün bu amillərə baxmayaraq dünyanın inkişaf etmiş ölkələri siyahısına daxil olmayıblar.bununda ən böyük səbəblərindən biri həmin ölkələrin cəmiyyətlərinin intellektual səviyyəsinin aşağı olmasıdır.
Başqa bir misal isə öz praktikamdan göstərəcəm:Bu yaxınlarda Hollandiyadan olan təlimçilərin təşkil etdiyi Siyasi bir təlimdə iştirak etdim.Erik adlı təlimçidən soruşdumki,Avropanın ən demokratik ölkələrində sayılan Hollandiya cəmiyyəti ilə,Azərbaycan cəmiyyəti arasında əsas fərqi nədə görürsüz?-O,mənə cavabında bildirdiki hər şeydən öncə sizdə insanların həyata baxışı,düşüncə tərzi çox fərqlidir.Əgər biz Siyasət xalqın Taleyidir,yəni hər kəs siyasətlə məşğul olmalıdır,siyasi bilklər əldə etməlidir deyiriksə,siz bunu hakimiyyətə gəlib öz yaxınlarınızı ətrafınıza yığıb güclü ailə-klan rejimi yaratmaq düşüncəsinizdəsiniz.bir sözlə bizim fərdiyyətçi bir xalq olduğumuzu söylədi.
Göründüyü kimi bu misallardan çox şey aydın olur.Əgər biz müsbətə doğru nəyisə dəyişmək dəyişmək istəyiriksə,ilk öncə insanların düşüncə tərzini dəyişməyə çalışmalıyıq.Yoxsa,Cəmiyyəti dəyişməyib rejim dəyişsə,ənənəvi tendensiya davam edəcək……bir sözlə əziz dostlar,siyasi rejimlərdə deyil,fikirdə,şüurda inqılab etmək lazımdır…

 

Baba Qamətl

0

Özümüz özümüzün düşməniyik

                  Tarix boyu quruluşundan asılı olmayaraq, müxtəlif zamanlarda,müxtəlif cəmiyyətlərdə həmişə cəmiyyətdaxili eybəcərlikərə, cəhalətə qarşı mübarizə aparan milli elita formalaşıb.Bu elita bir növ cəmiyyətin ağır və keşməkeşli yükünü öz üzərinə götürüb,yorulmadan, usanmadan mübarizə aparıb.

 

        Bu baxımdan Azərbaycan cəmiyyətində müxtəlif dövrlərdə xalqın qaymağı sayılan,milli düşüncəli,maarifpərvər insanlar həmişə bu cür mübarizələrdə öndə olublar.Bu ziyalı elita həmişə cəmiyyətdə neqativ hallara qarşı inqilabi dəyişikliklər üçün mübarizədə bir an da olsun geriyə addım atmayıblar.Əgər biz tarixə qısa bir səyahət etsək XIX əsrin ikinci yarısından başlayan, XX əsrin 30-cu illərinə kimi davam edən mərhələni xüsusi vurğulaya bilərik.Beləki M.F.Axundzadə,H.B.Zərdabi,N.B.Vəzirov və adlarını çəkmədiyim başqa maarifçilərlə başlayan bu mərhələ M.Ə.Rəsulzadə,Ə.B.Huseynzadə,Ə.Ağaoğlu,C.Cabbarlı,Ə.Cavad və s.kimi şəxslərin timsalında daha da genişlənsə də,30-cu illərin qanlı Sovet terroru,mədəni geriliyə,cəhalətə,bir sözlə cəmiyyətdəki eybəcərliklərə qarşı mübarizə aparan xalqın bu Elitasının mübarizəsini yarımçıq qoydu.

 

 Çox təəssüf ki,həmin dövrdən sonra artıq saxta,bir növ Aysberqə bənzəyən bir Elita(təbii ki, bunu bütün maarifçi insanlara şamil etmək haqsızlıq olardı) formalaşdı.

 

        Bu gün də bu tendensiya davam edir desək yanılmarıq..Bu gün özünü xalqın elitası adlandıran insanlar iki qütbdə birləşiblər: birinci qütbdə birləşənlər,zahiri olaraq milli-mənəvi dəyərlərlərimizə,mentalitetimizə bağlı,intellektual insanlardan ibarət və eyni zamanda Qərbin inkişaf etmiş mədəni nailiyyətləri ilə,milli mədəni dəyərlərimizi sintez etdirən bir cəmiyyət qurulmasını istəyir.Amma təəssüflər olsun ki, bu qütbdə birləşənlər bunları yalnız bir aksioma kimi qəbul edib,zahiri bir pafos yaratmaq və bununla da cəmiyyətə öz iradələrini qəbul etdirmək istəyirlər.

 

 Digər qütbdə birləşən,özlərini yenilikçi,müasir,mütərəqqi Elita adlandıran insanlar isə,öz milli kimliyindən,mili-mənəvi dəyərlərimizdən,bir sözlə özümüzəməxsus spesifik dəyərlərimizi bir kənara ataraq, Qərbi(ideoloji anlamda) təqlid etməklə,onların mənəvi köləsinə çevrilməmizə çalışır.

 

   Belə olan halda olan yenə xalqa olur…Artıq bizə xarici düşmən lazım deyil,onsuzda “Özümüz Özümüzün Düşməninə Çevrilmişik”

 

            

 

Baba Qamətli