“ Qarabağın azərbaycanlı və erməni icmaları arasında danışıqların bərpası torpaqlarımızın işğaldan azad olunmasına necə təsir edə bilər?”

1991-ci ildə ölkəmiz 71 illik Sovet hakimiyyətinin tərkibindən çıxaraq,1918-20-ci illərdə mövcud olmuş,1920-ci ilin aprel işğalı nəticəsində süquta uğradılmış Azərbaycan Demokratik Respublikasının hüquqi varisi kimi müstəqil bir dövlətə çevrildi.Ancaq təssüfki hələ 1988-ci ildən başlayan ermənilərin separatizmi 1991-94-cü illərdə Qarabağ müharibəsinin başlanmasına səbəb oldu.

   Müharibəyə hazır olmayan gənc Azərbaycan dövləti,Rusiyanın hərbi yardımı nəticəsində daha güclü olan Erməni hərbi birləşmələri tərəfindən işğala məruz qaldı.Dağlıq Qarabağ və ətrafında olan rayonlar erməni hərbiçiləri tərəfindən işğal olundu.

  Belə bir çətin tarixi-siyasi vəziyyətdə  Heydər Əliyev hakimiyyətə gəldi…Onun şəxsi səyi və diplomatik bacarığı sayəsində 1994-cü ilin mayın 12-də atəşkəs imzalanmağa nail olundu.

      Bu durum ölkədə sabitliyin bərqərar olunmasna,hərbi quruculuğun həyata keçirilməsinə imkan verdi.Artıq 1994-cü ildən sonra Qarabağ münaqişəsi lokal deyil,qlobal bir münaqişəyə çevrildi.Bunun səbəbisə 1994-cü ildə imzalanan Əsrin müqaviləsindən sonra Cənubi Qafqazın ABŞ,Rusiya,Böyük Britaniya və s. kimi böyük dövlətlərin maraq obyektinə çevrilməsidir.Və bu durum münaqişəni dahada çıxılmaz bir düyünə saldı..Çünki burada bu dövlətlərin İqtisadi-siyasi maraqları toqquşurdu.

         Dağlıq Qarabağ münaqişəsi keçmiş SSRİ ərazisində ən erkən və inkişaf perspektivi bilinməyən münaqişədir.O uzandıqca uzanır,getdikcə daha çox uluslararası problem xaraxteri alır.Rəsmi statiskaya görə bu müharibə nəticəsində 50 mindən çox insan həlak olmuşdur.1994-cü ildə atəşkəs imzalanmasına baxmayaraq,həm münaqişə tərəflərinin,həmdə beynəlxalq vasitəçilərinin səyləri  münaqişənin siyasi həllinə hələdə heç bir təsir göstərməyib.

     Qarabağ münaqişəsinin tənzimlənməsi üçün dövlətlərarası danışıqlardan başqa,son vaxtlar QHT-də rolunun xüsusi çəkisinin artdığının şahidi oluruq.

         2009-cu ilin iyunun 5-də ilk iclasını keçirən və elə həmin vaxtda “Qarabağın azərbaycanlı icması ictimai birliyinin” yaranması çox təqdirəlayiq bir haldır.Nəzərə alsaq ki,yarandığı ilk vaxtlardan indiyə kimi icmalar arasındaki danışıqlarda mühüm rol oynayayan Qarabağın azərbaycanlı icması danışıqlar prosesinə öz tövhəsini verə bilər.

      “Qarabağın azərbaycanı və erməni icmaları” arasında danışıqların yenidən bərpası torpaqlarımızın işğaldan azad olunmasına müsbət təsir göstərə bilər.Ancaq təssüflər olsun ki, indiki siyasi vəziyyətdə bu elədə məqbul görünmür..Çünki Ermənistan hakimiyyəti Qarabağın erməni icmasına, azərbaycanlı icmalarla hərtərəfli süni əngəl yaratdığı göz önündədir.Buda başa düşüləndir.Çünki Ermənistan dövləti işğalçı dövlətdir.Onlar hər vasitə ilə icmalar arsındakı danışıqlara təsir etməklə,danışıqlar prosesinə mane olmağa çalışacaqlar.İcmalar arasındakı danışıqlara mənfi təsir edən digər faktor isə,Ermənistandaki siyasi rejimin qeyri-demokratik,avtoritar xarakter daşımasıdır.Bu rejim nəinki Qarabağı,  hətda    öz xalqınıda əsirlikdə saxlayır.Məhz elə buna görədə bugün Ermənistanda,demokratik dövlətə xas olan Vətəndaş cəmiyyəti bərqərar olmayıb..

    Qarabağın erməni icmasının üzvləri isə,Ermənistan hakimiyyətinin sifarişlərini yerinə yetirir,nəinki Qarabağ ermənilərinin arzularını..

      Bütün bunlara baxmayaraq,gələcəkdə Ermənistanda demokratik rejim bərqərar olunarsa,onda təbiiki Qarabağın erməni icması daha müstəqil bir qurum olacaq və bu zaman danışıqların müsbət həllinə ümid etmək olar.Bunun üçünsə Qarabağın azərbaycanlı icması ilk öncə etimad mühiti formalaşdırmalıdır.Azərbaycan dövlətinin bəyan etdiyi kimi Qarabağ ermənilərini heç bir ayrıseçkiliyə məruz qalmadan gələcəkdə Azərbaycan dövlətinin tərkibində yüksək hüquqlara malik olacaqlarını icmalararsı danışıqlarda xüsusilə göstərmək lazımdır.

  Qarabağın azərbaycanlı və erməni icmaları arsındakı ən böyük müsbət təsirlərindən birisi o ola bilər ki,əsrlərdən bəri Qarabağ ermənilərinin şüurlarına yerləşdirilmiş türk düşmənçiliyi bir qədər yumşalar və onsuzda Yeravan erməniləri ilə mədəni cəhətdən fərqlilikləri olan Qarabağ erməniləri bir az daha neytirallaşdırılar..Bu,yuxarıda qeyd etdiyim kimi o zaman mümkün ola bilər ki,Ermənistan hakimiyyəti dəyişsin,daha demokratik bir Ermənistan cəmiyyəti bərqərar olsun…

   ADPU-nun Tarix Fakültəsinin IV kurs tələbəsi Qamətli Baba..

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma