Bəlkə “Məsumluqdan” çıxaq?!

Bugünlərdə Bakının Yasamal rayonun 158 saylı orta məktəbində Pedaqoji təcrübədə olarkən,düşündürücü bir vəziyyətlə qarşılaşdım.

Beləki 18 oktyabr(Müstəqillik haqqında konstitusiya aktı) müstəqilliyimizin bərpası münasibətilə şagirdlərə nəzəri informasiya verməyi icmala əlavə etdim.Ancaq bir az ehtiyat edərək bunun təkrar olcağını(çünki birinci saat artıq dərs keçilmişdi) düşündüm.Yenə də bu önəmli günün tarixi haqqında gələcəyimiz olan şagidrdlərə məlumat verməyi özümə mənəvi bir borc bildim.

Söhbəti çox uzatmadan onu söyləyim ki,təsüratlarım çox acınacaqlı oldu.Əvvala bu önəmli günü tarixi haqqında şagirdlərə heç bir məlumat verilməmişdi.İkincisə şagirdlərdə bu önəmli günün mahiyyəti ilə bağlı heç bir bilginin olmadığı aydın oldu..(nəzərə alsaq ki,9-cu sinif şagirdləri).Ancaq ən maraqlısı isə şagirdlərdən birinin sualı oldu.___Müəllim;bugün yəqin yəqin hansısa faciə günüdür?!,faciələrimiz bir deyil,iki deyil..Kimlər ölkəmizə gəlibsə qırıb gedib bizləri..

Bəli,bu çox düşündürücü şərhdir.Həqiqətənmi biz bu qədər məzlum,zəif xalqıq?!

Təssüf ki,bugün orta məktəblərdə tədris olunan Hümanitar fənlərin,xüsusilədə “Tarixin” əsəs məqsədinin şagirdlərdə vətənpərvərlik hisslərinin formalaşdırılması olsada,bu missiya yerinə yetirilmir.İstər televiziyalarda,istərsədə digər KİV-də vətənpərvərlik verilşlərinin və digər önəmli tarixi günlərimiz ictimailəşdirilmir,əksinə xalqın yaddaşından silinir.Bəli,acınacaqlıda olsa bu belədir.

Bugün gənc nəsil hansı tariximizlə öyünsün?!….Metenin,Atillanın,Bilgə xaqanın nəslindənik desək,ortaya böyük bir zidiyyət çıxacaq.___Axı biz türk deyilik,azərbaycanlıyıq.!!!….Yaxud,Babək,Cavanşir nəslindənik desək İslamın düşməni,xristian birinin nəslindən ola bilrəkmi?(nəzərə alınmalıdır ki,din genetik deyil)…Ş.İsmayıl,Nadir xan Əfşarın nəslindənik desək,ortaya daha böyük zidiyyət çıxcaq..Axı bizim bəzi tarixçi alimlərimiz belə,onları iran hökmdarı adlandırır.!!!…Bütün bunların fonunda ortaya qəribə bir durum çıxır..Biz bu qədərmi qarışıq toplumuq..?!

Bu məqamda Gebbersin məhşur kəlamı yerinə düşür:”Hər hansı bir xalqdan onun tarixini al,bir nəsildən sonra həmin xalq kütləyə çevriləcək,bir neçə nəsildən sonra isə onu sürü kimi idarə etmək olacaq”.Məlumdur ki,bugün bizim tariximiz ümumtürk tarixindən uzaqlaşdırılaraq cılızlaşdırılır.Tariximiz tarixi həqiqətlərə deyil,daha çox ideologiyaya xidmət edir.Nəticə məlumdur,artıq fəxr ediləsi bir tariximiz qalmayıb..Sanki təsəllimiz matəm günlərini qabartmaqdır.!

“ÖZÜNƏ DÖN TÜRK OĞLU,SƏN ÖZÜNƏ DÖNƏNDƏ BÖYÜK OLURSAN”…..BİLGƏ XAQAN.

04.11.2012

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma