“ Kəlbəcər xatirələri” (hekayə)

 “ Kəlbəcər xatirələri” (hekayə)

1993-cü ilin yazı idi.Havalar çox sərt və qeyri-normal keçirdi.Sanki qoca təbiətdə insanların bir-birinə olan riyakarlığına,amansız istismarına,misli görünməmiş vəhşiliklərinə üsyan edirdi.Bəlkədə insan oğluna göstərmək istəyirdi ki,
– siz bir cütlüyün övladısınız..!..Belə olan təqdirdə,bu vəhşətlər,müharibələr,sinfi istismarlar,nədən qarşısıalınmaz bir sürətlə çoxalır…AXI insan oğlu dinc şəraitdə,bir-birinin malına,canına qəsd etmədəndə yaşaya bilər?!…
Ancaq təssüf ki,insan oğlu təbiətin bu şıltaqlığını təbii bir qanunauyğunluq kimi xarakterizə edirdi.
Kəlbəcər rayonu həqiqətəndə çox gözəl,heyratəmiz bir təbiətə malik idi..Bumbuz bulaqlar,gül-çiçəkli çəmənlikər,başıqarlı dağlar,göz yaşıtək axan çaylar,yamyaşıl meşələr adamı valeh edirdi.amma nədənsə bu yaz təbiət bütün gözəlliklərini itirmişdi.Bu bəlkədə yerli əhaliyə bir işarə idi.
Bəhs olunan dövrdə Altürkün 11 yaşı,bacısı Aytürkün isə 9 yaşı var idi.Ziyalı bir ailənin övladı olmaq hələ uşaqlığından onu,dərslərinə məsuliyyətli,məktəbdə isə intizamlı olmağa təhrik edirdi.
Atası Alpan müəllim,həmişə oğlunun hüquqşünas olmağını arzulayırdı.Altürk isə gələcəkdə vətəninə,millətinə yaralı bir hərbiçi olmağı arzulayırdı.Bu bəlkədə zərurət idi.Çünki həmin dövr çox mürəkkəb bir tarixi dövr idi.
Beləliklə Altürkün dünyanı anlamağa çalışdığı həmin vaxtlar ölkə çox çətin hərbi-siyasi çəkişmələr dövrünü yaşayırdı.Televiziya və radio yayımlarında,hər gün onlarla məsum azəri türkünün ermənilər tərəfindən qətlə yetirildiyi xəbərləri verilirdi.
Bu durum Altürkdə,qarşısıalınmaz bir revanşizm hissinin yaranmasına səbəb olurdu.Məhz buna görədə Altürk hüquqşünas deyil,hərbiçi olmaq istəyirdi.
Bir gün Altürk səhər saat 6-da yuxudan durub,müəllimlərinin verdiyi tapşırığı təkrarlamaq üçün işığı yandırdı.Əslində O,bunu mütəmadi edirdi.Böyüklərindən eşitmişdiki, sübh çağı oxunan dərs yaddan çıxmır.ancaq bugün dərs oxumaq ona müyəssər olmayacaqdı.Çünki pəncərədə gördüyü mənzərə dəhşətverici idi.Təxmini 1500-2000 sakini olan kənd erməni hərbi birləşmələri tərəfindən mühasirədə idi.Tankların və digər ağır zirehli maşınların kəndə yaxınlaşdığını görən Altürk vaxt itirmədən ailəsini yuxudan oyatdı..Artıq silah və top səslərindən kənd sakinlərinin çoxu yuxudan oyanıb,canlarını qurtarmağın yollarını axtarırdılar.
Balaca Altürk baş verən bu müsibəti diqqətlə müşahidə edirdi…Elə bu zaman qalın səsli bir kişinin aa millət,hara gedirsiz?-bura bizim torpaqdır,torpağınızı düşmənə verib hara gedirsiz?!-deyə qışqırdığını eşitdi.Heç kəsin onu dinləmədiyini görən həmin şəxs,səsinin tonunu bir azda qaldırıb—hər evdə heç olmasa ov tüfəngi var,yığışaq düşmənə müqavimət göstərək.Lazım olsa burada ölək.!.Deməsinlər ki,torpaqlarını düşmənə verib qaçdılar.Elə bu zaman başqa səmtdən nazik səsli biri,”Əşi səndə romantiksənee.! Millət can hayında sənsə çərənləyirsən”.!..Torpaqlar satılıb,çalış canını qurtar.!-buna cavab həmin kişi dahada aqressiv tərzdə “kim satıbee,bəyəm torpaqda satılır?!”-deyə -deyə qışqırdı.Təxmini 7-8 dəqiqə mübahisə eşidildi…
Kənd sakinləri isə,doğma torpağı tərk edib canlarını qurtarmaq üçün tələsirdilər..(davamı II-III hissədə)
(Müəllif:Baba Qamətli,Rəşad Abdullayev)
Tarix:29.10.2012
htts://www.facebook.com/KELBECER

Advertisements

“ Kəlbəcər xatirələri” (hekayə)” üzərinə 2 şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma