Ivanovka:Azərbaycanda Sosializmin canlı muzeyi

Bir müddət əvvəl bir neçə yaxın tələbə yodaşımla qərara aldıq ki,adını duyduğumuz,lakin canlı müşahidə edə bilmədiyimiz bir neçə dağ rayonlarımıza tur  təşkil edək.Bu məqsədlə Bakıdan start götürdük və ilk  dayanacağımız Respubilikamızın Füsunkar gözəlliyə malik rayonlarımızdan olan,qartallar yuvası İsmayıllı oldu…amma əsl məqsədimiz Rayonun mərkəzini gəzmək deyil,tarixi-mədəniyyət abidələri ilə zəngin olan Mollaisaqlı,Lahıc və nəhayət Ölkləmizin Sosilaizm incisi olan İvanovkanı görmək və müşahidələr aparmaqdır.Ancaq təssüflər olsun ki,bəzi obyektiv səbəblərə görə ilk iki kəndi görmə şansı əldə etməsəkdə,İvanovkanı ziyarət edə bildik.

Belə ki,kəndə gedərkən ilk diqqətimi cəlb edən geniş taxıl zəmiləri,Üzüm bağları,Yonca sahələri vəs..yol boyu bizi izləyirdi.Sanki kitablardan oxuduğumuz,Ağsaqqlardan eşitdiyimiz SSRİ sosializim cəmiyyətini canlı müşahidə edirdik.ancaq burada bir məqamı qeyd etməliyik ki,buranın Sosialist təsərrüfatı,Kapitalizmlə çulğulaşıb..Beləki,hər şey istehlak üçün istehsal edilmir,Yəni bazara bir başa məhsul ixrac olunur bu kənddən(Qəsəbə desək daha doğru olar bəlkədə)…Bu amil isə təbiiki yerli əhalinin əməyə olan həvəsini sürətləndirir.

Nəhayət,Ölkəmizdə alışıq olmadığımız bir mənzər ilə asfalt yollla kəndə qədəm basırıq və(qeyd edim ki, kəndin daxili küçələridə asfalt yoldur.) kəndə girər-girməz təbiətin Füsunkar gözəlliyi ilə yerli əhalinin səliqə-səhmanı nəticəsində yaranmış cəlbedicilk adamı valeh edir.

Artıq Kənddəyik və mən çantamdan dəftərçəmi çıxardaraq kəndin etnik mənzərəsi,Sosial şəraiti,Dini münasibətlər və nəhayət Tarixi haqqında qeydlər aparmaq ərəfəsindəyəm.Ancaq təssüflər olsunki rus dilini bilməməyim mənə bir az mane olsa da,burada olan yerli Ləzgilərlə həmsöhbətim uğurlu alındı.onlardan aldığım informasiya ilə,daha dəqiq desək Etimoloji məlumat ilə elmi bilginin çulğulaşmasını öyrənmək istədim.

Beləki Etimoloji qaynaqlara görə,Kəndin bünövrəsi XVIII-XIX əsrdlərdə Rusiyadan köçürülən ailələr tərəfindən qoyulub.(elmi qaynaqlarda 1847-ci illər göstərilir).Beləki rus çarı II Yekaterina  həm özlərinə etnik dayaq yaratmaq,həmdəki Bitəçiləri(rus provaslığını qəbul etməyənlər belə adlanırdı) daxili vilayətlərdən çıxarmaq üçün bu addımı atıb.Kənddəki qəbirüstü abidələri müşahidə edəndə də bu tarixlər aydın sezilir.

Kəndin etnik mənzərisi isə gəlincə isə,qeyd edim ki, burası kiçik yaşayış məntəqəsi olsada,kənddə rus,ləzgi,türk etnik qruplar birlikdə məskunlaşıblar..bu durum memarlıq üslubunada təsir göstərib..Beləki,rus ailələrin yaşadığı evlərin forması daha çox xaçvari,digərləri isə ölkəmizə xas olan ənənəvi üslubda tikilib..Burada bəzi müasir tikililər olsada,ümumilikdə kəndin tarixiliyinə xələl gətirmir.

Diqqətimi cəlb edən digər bir məsələ isə,kənddə müxtəlif ibadət ocaqlarının olmasıdır.Beləki bu kəndin sakinlərinin çoxu Molokan adlanan ruslar olduğundan kəndin əhalisinin böyük  qismi Xristianlığın müxtəlif təriqətlərinə (Məs:Baptistlər,Yahova Şahidləri və s.) etiqad edirlər.yerli Ləzgilərin böyük qismi isə Müsəlman dininə(Sünniliyə) etiqad edirlər.Az saydakı Ağdam və digər rayonlarımızdan olan Türk mənşəli sakinlər isə Müsalmanlığın Şiə qoluna etiqad edirlər.Bir sözlə kənd əsl Tolerantlıq nümunəsi kimi göstərilə bilər.

Kənd əhalisinin sosial vəziyyətinə gəlincə isə,burada sosializm Cəmiyyəti olsada,hər kəs azad sahibkarlıqla,ticarətlə məşğuldur.Bir növ deyə bilərəm ki,Sosializmin Çin modeli bərqərar olub bu kənddə…Kolxoz qurluşu kökm sürsədə,sakinlər digər fəaliyyyətlərlə də(kommersiya fəaliyyəti) məşğul olurlar.Buraya dövlətin məlum səbəblərə görə xüsusi qayğısınıda əlavə etsək ,kənddə kasıbçılığın,fəqirliyin yox olduğunu deyə bilərik…sonda qeyd edim ki,burada kolxoz qurluşunun qalmasında ən böyük qayğıkeşliyi kənd əhalisinin adını hörmətlə andığı NiKitin adlı şəxs olub…Uzun illər kəndin kalxoz sədri vəzifəsini icra edən bu şəxs 90-cı illərdə Heydər Əliyevə müraciət edərək,kəndin kalxoz qurluşunun dağıdılmamasını xahiş edib….Və beləcə dostlar üç günük səfərdə bu kənddə,xeyli məlumat əldə etdim və bu təsuratlarımı sizinlə bölüşmək istədim…oxusazda,oxumasazda hər birinizə təşəkkümü bildirirəm.

Baba Qamətli: 03.07.2012.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma