Bizə Demokratiya nə üçün lazımdır?

1.DEMOKRATİYA NƏDİR?

2.DEMOKRATİYANIN BİZƏ HANSI XEYİRLƏRİ VAR?

3.AZƏRBAYCAN CƏMİYYƏTİ DEMOKRATİKDİRMİ?

 

Əziz dostlar,yəqin ki hər biriniz “Demokratiya “ sözünü eşidibsiz və bu sözün ilkin mənasınıda başa düşürsünüz.

Gündəlik həyatda,istər Tv-də,istərsədə adi çayxanalarda belə bu terminə rast gəlmək olur..Və bu termini səthi olaraq(Demokratiya yunan dilində demos xalq,cratos idarəetmə deməkdir)__Xalq hakimiyyəti,xalq idarəetməsi kimi başa düşülür…Amma sən demə bu məhşur termin əslində çox geniş anlayışı ifadə edirmiş.Demokratiya həm ideoloji,həm hüquqi,həmdə ki siyasi bir anlayışdır…Belə isə gəlin Demokratiyanın tarixinə birlikdə nəzər salaq:

Demokratiya terminin meydana gəlməsi 2500 il bundan əvvələ aiddir. Belə ki qədim Yunanıstanda(e.ə 500-cü ildə)_bu termindən ilk dəfə istifadə olunub.Yunanıstan şəhər-dövlətlərdən ibarət olub və hər bir şəhər özü öz problemlərini təklikdə həll edirdi.yəni bu Şəhərlər suveren dövlətlər olub.Bu şəhərlərdə,xüsusəndə Afinada bütün daxili və xarici məsələlər xalq yığıncağında müzakirə  edilirdi.Yetkinlik yaşına çatmış kişi cinsindən ibarət olan bütün şəhər əhalisinin bərabərhüquqlu səsi olurdu.Burada qəbul edilən qərarlar növbəti yığıncağa qədər hüquqi qüvvədə olurdu.

Göründüyü kimi bu DEMOKRATİYANIN klassik forması, yəni(birbaşa demokratiya) olub..Amma çox təssüf ki Makedoniyalı İskəndərin Yunanıstanı işğalı,Demokratiyanında bu ilkin formasınında sonu oldu..

İndi keçək müasir Demokratiyaya və yaxud demokratik idarəetməyə…

Bildiyimiz kimi Qədim Yunanıstan şəhər dövlətlərdən ibarət olub və burada hər yığıncaqda bütün şəhərin əhalisi iştirak edə bilərdi.Ancaq müasir dövrdə qeyri-mümkündür-misal üçün 9 mln əhalisi olan ölkəmizi götürək..hər şəhərdə belə yığıncaq keçirsək ilin 12 ayını müzakirələrə həsr etməliyik.Bəs onda nə etməli?-məhz burda nümayəndəli DEMOKRATİYA anlayışı meydana çıxır.Bu ilk dəfə 13 əsrdə İngiltərədə kral Eduardın icazəsilə Parlamentin yaranması ilə həyata keçirilib.Beləki bu sistemdə xalq özü öz vəklini seçir və ona geniş hüquqlar verilir.Yekun olaraq mən bu sualı belə başa düşürəm ki,Demokratiya heç bir idarəetmənin vermədiyi hüquq və azadlıqları insana verir.

Demokratik rejimlərdə insan amili ən birinci yerdə qərarlaşır..

Demokratiyanın bizə hansı xeyri var?

 

Bu suala əslində çox geniş cavab vermək olar.Ancaq bunu çox qısa cavablayacam.

 

İnsanın həyatda olması,ona ilahidən verilmiş bir hüquqdur.Və Yaşamaq hüququyla öz hüquqi əksini tapır demokratik cəmiyyətdə.İnsanın həyatda adi fərd kimi deyil,Şəxsiyyət kimi yaşaması vacibdir.Bunun üçünsə insana mənəvi muxtariyyət,Sərbəst toplaşmaq, ifadə azadlığı Və s…hüquqların verilməsi vacibdir.Məhz bunların hamısı Demokratik cəmiyyətə xas olan əlamətlərdir.Gəlin bunları bir azda qısaldaq və Demokratiyanı,qeyri-demokratik rejimdən fərqləndirən cəhətlərə nəzər salaq.

1.Tiraniyadan qurtulma

2.Şəxsi toxunulmazlıq

3.Öz müqədaratını təyin etmə

4.Şəxsiyyətin inkişaf etmək imkanları

5.Siyasi bərabərlik,Şəxsiyyətin təməl mənafelərinin qorunması və s.

 

 

Demokratiyanın başqa üstünlüklərindən danışmaq olar,amma gəlin bir azda qeyri-demokratik rejimlərin neqativ hallarından danışaq:

XX yüzillikdən bir neçə misal gəstərək: Sovet ittifaqında İosif Stalinin hakimiyyəti dövrünə siyasi motivlərə görə 20 milion insan represiya qurbanı olmuşdur.

Kambocada Pol Potun despot hakimiyyəti dövründə (1975-1979) “qırmızı khmerlər” ölkə əhalisinin dörddə birini məhv etmişdilər.

Bu misallardan göründüyü kimi Demokratiya qəddar və əxlaqsız tiranların hökmranliğına heç vaxt yol vermir.

Azərbaycan Cəmiyyəti Demokratikdirmi?

Əziz dostlar, yəqin fikrimin kuliminasiya nöqtəsinə çatdığımı ayırd edə bildiniz. Amma gəlin bu suala cavab verməzdən əvvəl məhşur Fransız filosofu Ş.L.Montöskyenin bir sözünü yada salaq: “Qanunçuluğun kölgəsində və ədalət bayrağı altında çıxış edən iqtidar daha qəddardır”.

Ş.L.Montöskyenin bu fikri indiki Azərbaycan cəmiyyətindəki reallıqla tam uzlaşır.

Azərbaycanda yuxarıda sadaladığım demokratik institutların çoxu formalaşsa da onlar alilik dərəcəsinə qalxmayıb.Belə ki, 1991-ci ildə Sovet rejimindən xilas olaraq müstəqil olan ölkəmiz qərb modelinə, yəni demokratik idarəetməyə keçdi. Xüsusilə sabiq prezidentimiz Ə.Eçibəyin hakimiyyəti dövründə qəbul edilən demokratik qanunlar bunu əyani şəkildə göstərir.Amma təəssüflər olsun ki, J.Russo demişkən “Ən böyük qanun olan qanuna hörmət qanunu” adi vətəndaşdan tutmuş hüquqi şəxslərə qədər heç kim tərəfindən istənilən səviyyədə riayyət olunmur.

Dünyanın bəlkə də heç bir yerində olmayacaq qədər qanun aliliyi mövcud deyil bizim ölkədə.Ən böyük problem də məhs budur. Qanun hami üçün qanun olmalıdır. Bizdə isə qanun yalnız orta statistik vətəndaşlar üçündür.

Nə isə, artıq fikirimi bitirərək demək istəyirəm ki, biz əgər ölkəmizdə tam demokratik cəmiyyət qurulmasıni istəyiriksə ilk öncə qanunun aliliyini təmin etməliyik.

21.04.2012 – BABA QAMƏTLİ.

 

Advertisements

Bizə Demokratiya nə üçün lazımdır?” üzərinə bir şərh

  1. Baba cox gozel.Baba sadece bir sey deyil balaca meslehet kimi.Meqalede yaridan qirilma var. O nedi? Yeni ki,oxucu meqaledeki fikri ozu anlamalidi.Meqalenin sonunda fikri bir isitiqamete yoneltmek oxucunu yanilda biler.Insallah gorusende izah ederem.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma