Kəlbəcər Tarixi Türk Torpağıdır”

Bir neçə gün öncə çevrəmdə cərayan edən bir hadisə bu yazını yazmamda əsas meyar oldu. Beləki Facebook sosial şəbəkəsində tanımadığım naməlum bir şəxs mənim doğulduğum Kəlbəcər haqqında öz səhifəmizdə yazdığım məlumatlara etiraz edərək,Kəlbəcərin bir kürd diyarı olduğunu və ən əsasıda öz xəyallarında canlandırdığı “Qızıl Kürdüstanın “bir hissəsi olduğunu israrla mənə söyləyirdi.Təbiiki mən onunla virtualda mübahisə edəsi deyildim,Ona bir neçə fakt dedim və söhbəti bitirdim. Ancaq bir reallıq var ki, bugün müasir Azərbaycan cəmiyyətində etnik qarşıdurma yaratmaq istəyən qüvvələr fanatik kürd millətçiliyini qabartmaq istəyir.Bucür qarşıdurmanın hansı fəsadlarla nəticələndiyini biz bəzi qonşu dövlətlərdə görmüşük.Nəsə bu öz yerində: Çox təssüfki adi küçədə Kəlbəcərli olduğunu səyləyərkən –“Sən Kürdsən”-deyə cavab alırsan…ilk baxışdan bu durum adama adi gələ bilər.Ancaq bu heçdə yaxşı bir durum deyil. Düzdü,Kürd olmaq pis bir şey deyil,Onlarda xalqımızın nümayəndələridir.Amma bir toplumun ki 96% Türk etnik qrupuna mənsub ola,qayıdıb həmin topluma kürd demək anormal bir vəziyyətdir.Cünki Kəlbəcər Tarixi türk diyarıdır.Gəlin bunu sübut edən bir neçə faktlara diqqət yetirək: Kəlbəcər toponiminin ilkin forması “Kevliçer” kevli çayın üstü çer-cer,qala mənasını verir. Yəni türk mənşəli sözdür…Xalq etimologiyasına gəlincə isə,rəvayətə görə bu toponimin adı Kəlbəcərə ilk gələn “Kərbəlayı Həcər” adlı bir şəxsin adı ilə bağlıdır.. Bildiyimiz kimi Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Burada ilk insanlar Paleolitin erkən aşel dövründən məskunlaşıb.Çünki buranın əlverişli təbii şəraiti,şirin su qaynaqlarının olması,təbii mağaraların olması və s. burada insanların qədim dövrdən yaşamasına imkan yaratmışdır.Və bunu Kəlbəcər rayonunda olan bir sıra Tarixi abidələr də sübut edir(təbiiki erməni vandalizmin deformasiyasına məruz qalmayıbsa)… Kəlbəcərdə artıq İbtidai-icma qurluşunun sonunda,ilkin sinifli cəmiyyətin yaranması dövründə burada bir sıra türk dilli tayfalar məskunlaşıblar.Sonralar Albaniya dövləti təşəkkül tapanda bu tayfalar həmin dövlətin əsas etnoslarından olub… İndi keçək müasir Kəlbəcər əhalisinin etnogenizinə…Əvvəl Söylədim ki Kəlbəcər əhalisinin 96% türk kökənlidir.Bunu sübut edəcək faktlar çoxdur..ancaq bunun hamısını burda yazmaq imkanım yoxdur..Bunu cəsarətlə deyə bilərəm ki müasir Kəlbəcər əhalisinin çox hissəsi Tovuz-Qazax bölgəsindən miqrasiya edənlərdir..beləki XX əsrin birinci yarısında bu hal dahada intensiv olub.bununda həm obyektiv,həmdə subyektiv səbəbləri var.(məs.Sosializm cəmiyyəti qurulduğu ilk dövrdə varlı kəndlilər olan Qolçomaqlara sərt münasibət bəslənilirdi.onların əmlakları əvəzsiz olaraq dövlətin mülkiyyətinə keçirdi.məhz həmin dövrdə həmin Sinfin bir hissəsi Tovuz-Qazax bölgəsindən Kəlbəcərə pənah gətiribər.).. Həmin bölgələrdən Gələnlər adətən ayrımlar adlanırlar…bu tayfa qədim türk tayfasıdır. Kəlbəcərin əsasını qoyan tayfalardan ikisi məlumdur,onlardan biri “Məmməduşağı”,digərisə Kərbəlayı Elləzallardır…hər iki tayfa qədim türk tayfasıdır.. Əziz dostlar, sonda fikrimi tamamlayaraq demək istəyirəm ki,mənim məqsədim bölücülük salmaq deyil,doğruları söyləməkdir…Kəlbəcərdə az miqdarda kürd qardaşlarımız tarixən burada yaşayıb(məs.Xallanlı kəndinin sakinləri keçən əsrdə Türkiyənin Çataçat vilayətindən gəlib burada məskunlaşıblar…Ağcakəndin sakinlərisə Laçının eyniadlı kəndindən gələn kürd kökənli sakinlərdir.) və heç zaman ayrıseçkilik olmayıb və ümid edirəm ki olmayacaqdırda… ____ Baba Turan_____ 29.01.2012.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma