Qanlıkəndin Azadlıq Simvolu.

Mən Mürşüd Məmmədov haqqında bir az məlumat eşitmişdim ancaq,onun doğma kəndi Qanlıkənd uğrunda Erməni hərbiçilərinə qarşı vuruşması və qəhramancasına ŞƏHİD olması haqda yetərincə məlumatım yox idi.. Ancaq Mürşüdin həyatı və onun Müqəddəs vətən qarşısında göstərdiyi igidlikləri öyrəndikdən sonra Onun Həqiqətəndə Azərbaycanın fəfr ediləsi bir qəhramanı olduğunun şahidi oldum….Gəlin Mürşüdin keçdiyi döyüş yoluna nəzər salaq: 1994-cü ildə Kəlbəcərin Qanlıkəndini Erməni hərbi birləşmələrindən xilas etmək üçün, briqada qərargahında kəşfiyyatçı məlumatları toplanmış,əməliyyat planı hazırlanmışdır.Əməliyyat planın həyata keçirilməsi bölük komandiri: Kapitan Mürşüd Məmmədova taşırılmışdır. Batalyona göndərilən əməliyyat planı,kəşfiyyat məlumatları nə batolyon komandiri Feyruz Alışovu,nə də bölük komandiri M.Məmmədovu qane edirdi.Çox mühüm mövqeyə malik Qanlikənddə ermənilər kəşfiyyat məlumatlarında göstərilən qədər az miqdarda canlı qüvvə,texnika saxlaya bilməzdilər.Mürşüd hər ehtimala görə ehtiyyatlı olmalı idi.O,uzaqgöstərənlə kəndi müşahidə edir,ermənilərin ən güclü mövqelərini aydınlaşdırmağa çalışırdı.Kəndin içində görünən ermənilər arxayın hərəkət edirdilər.Bu isə Mürşüdü şübhələndirirdi.Ermənilərin özünü belə aparması aldadıcı da ola bilərdi.Ola bilsin ki,onların əsas qüvvələri kəşfiyyatı müəyyən edə bilmədiyi mövqedə,gizlində idi. Mürşüd əmaliyyata başlamamış bir daha ermənilərin mövqeyini öyrənmək üçün kəşfiyyat qrupu təşkil etmək qərarına gəldi.Buna icazə almaq üçün briqada qərargahı ilə əlaqə saxlamaq istədi.Elə bu vaxt Mürşüdə kəndi ermənilərdən azad etmək əmri gəldi.Mürşüdün əmri yerinə yetirməmək ixtiyarı yox idi.Mürşüd saatına baxıb üzünü əsgərlərinə-döyüşçülərinə tutdu:-elə cəld hərəkət etməliyik ki,ermənilər çaş-baş qalsın..biz ermənilərə qalib gəlməliyik.buna gücümüz var.Hər birimiz yüz erməniyə bərabərik.Onların bərkdə əli yoxdur.Tülkü şir qabağında duruş gətirə bilməz.!!! Heç kimin gözlərində qorxu hissi yox idi. Sözünə davam etdi: -ola bilsin ki,onların mövqeyini tam aydınlaşdıra bilməmişik.Əlavə qüvvələr qəfil hücuma keçə bilər.Ölümədə hazır olmalıyıq.Ya qələbə,ya ölüm.Əsir düşmək olmaz.!!! Mürşüd döyüşçülərlə söhbətini yekunlaşdırıb, “gedin hazırlaşın bir azdan hücuma keçəcəyik”-dedi və Kamalın qolundan tutdu.Döyüşçülərinə deyə bilmədiyi şübhələrini Kamaldan gizlətmədi:-Kamal,nəsə bu əməliyyatdan ağlım bir şey kəsmir,məncə ermənilər kəşfiyyatçıları aldadıb..Son dərəcə cəld,həmdə ayıq hərəkət etməliyik.Kəndin içində ermənilərin qüvvəsi azdır.Onlarla döyüşüb qələbə çalmaq asandır.Ancaq ola bilsin ki,onların kəşfiyyat aşkar edə bilmədiyi əlavə qüvvələri haradasa yaxında var və bizə gözlənilmədən hücum edəcəklər. Kamal dostunu-komandirini bərk-bərk qucaqladı və ürəkdən,inamla dedi:-ürəyimizdə,düşüncələrimizdə birdir qardaş.”Öldü var döndü yoxdur”.Ya qələbə,yada son.Görsəm ki məğlub oluruq və ya mühasirədən çıxmaq mümkün deyil,düşmən gülləsindən ölməsəmdə özüm-özümü bitirəcəyəm. -Mən də bu qərara gəlmişəm.Yaxşı gəl azda olsa dincələk.Bir azdan döyüşə başlarıq.Kamal getdi.Mürşüd tək qaldı.Öz-özünə pıçıldadı:Görəsən indi Feyruzgil harda olar.Hər halda Söyüdlüyə çatarlar.Ya da ora lap yaxınlaşıblar. Kaş Feyruz yanımda olaydı,özümü belə narahat,qərarsız hiss etməz,özümü dağa söykənmiş sayardım.O,bir azda fikirləşdikdən sonra saatına baxdı.”Vaxtdır”-deyə dəstələrinə döyüş əmri verdi. ilk anlar hər şey yaxşı gedirdi.Döyüşçüləri qələbə əzmi ilə vuruşurdular.Ermənilər duruş gətirə bilmirdilər.Mürşüd hiss etdi ki,gözləmədikləri istiqamətlərdən üstlərinə güllə yağdırılır.Mürşüd bir dəqiqəliyinə gizlənib düşmənin əlavə mövqelərini aydınlaşdırmağa çalışdı.Kəndin üstündəki kahalardan gülllələr atılırdı.Meşədən də atırdılar.Kəndə lap yaxınlaşsalarda, mühasirəyə düşdüklərini hiss etdi.Daha irəliyə getmək olmazdı.Buna heç sursatlarıda çatmazdı.Döyüşçülərdən itki var idi.Ermənilərin qüvvəsinin qat-qat çox olduğu aydın idi. Mürşüd Kamala işarə etdi.Kamal başa düşdü.Erməniləri aldatmaq lazım idi. Indi onlar həm irəli getmək kimi hərəkət edir,həmdə arxaya həmlə edirdilər.Mühasirəni yara bildilər.Ancaq geri dönüb yenidən vuruşmaq,ana torpağı xilas etmək, Mürşüdə,Kamala və digər neçə-neçə vətənpərvər gəncə qismət olmadı. Mürşüd də,Kamal da özlərinə əsir düşməmək üçün saxladıqları son güllələrini də son nəfəslərində düşmən başına çaxdılar.Düşmənlər onların cansız cəsədlərini də yaxınlaşmaöa cürət edə bilmədilər.Bir gecə kecməsini,bir gün ötməsini gözlədilər.Ancaq,arzuları-qisas arzuları gözlərində qaldı.Döyüş dostları Mürşüdün,Kamalın cəsələrinin düşmənin əlinə keçməsinə imkan vermədilər. Qədirbilən xalqımız, şəhidlik zirvəsinə yüksəlmiş gəncləri göz yaşları,qürur hissi,təntənə ilə dəfn etdi.Şəhidlər cismən həyatda olmasalar da əbədilik qazanaraq,daim yaşayacaqlar…… Baba Qamətli Turan: 28.01.2012 MƏNBƏ:Kəlbəcər harayı redaksiyası(Musa Əziz)

Qanlıkəndin Azadlıq Simvolu.” üzərinə 3 şərh

  1. Həmin döyüşlərdə mənim də çox yaxın bir qohumum iştirak etmişdi,orada hansı xəyanətlərin olduğunu ətraflı danışıb mənə.
    Həmin döyüşə hələ hazırlaşarkən, əsas ön qüvvələrdən ibarət olan bir qrup döyüşçümüz gözlənilmədən raket həmləsi ilə qətlə yetirilib. Açıq-aydın xəyanətin olduğunu deyir.
    Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Xalid üçün bir cavab yazın Cavabı ləğv et