“Qərbə İnteqrasiya yox,Qəribə İnteqrasiya”

Bu gün müasir Azərbaycan   cəmiyyətində qərb mədəniyyətinə,qərb adət-ənənələrinə, qərb dəbinə çox böyük maraq var.Bu dəyişikliyi  təbii qarşılamaq olar,çünki qərb hal-hazırda müasir elmin,təhsilin,texnologiyanın yüksək inkişaf etdiyi bir coğrafi bölgədir.Ancaq çox təssüfki bizim gənclərimiz məhz qərbin yüksək inkişaf etmiş təhsilini,elmini mənimsəmir,Zəngin şərq adət-ənənələrinə,daha doğrusu İslam əxlaqına zidd olan Qərbin çürümüş əxlaq mədəniyyətini mənimsəyir.Məhz bu baxımdan “Qərbə İnteqrasiyanı,Qəribə İnteqrasiya” olmaqdan çıxardıb onu müstəqil bir şəkildə həyata keçirmək üçün “Qərbə İnteqrasiya” ilə “Qərbi İmitisiyanı” bir-birindən ayırd etmək və bunların mahiyyət və məzmununu aydınlaşdırmaq lazımdır.Coğrafi bir kəlmə olan Qərb kəlməsindən fərqli olaraq, qərbləşmə ideoloji bir mənanı ifadə edir.Bu gün biz qərbləşərək,öz milli-mənəvi dəyərlərimizi unudub,Qərbin mənəvi köləsinə çevrilirik.Ən pis köləlikdə məhz Mənəviyyat köləliyidir.

Qərbə İnteqrasiya o demək deyil ki,kimisə yamsılayıb təqlid edəsən,Qərbə İnteqrasiyanın həqiqi mənası ondan ibarətdir ki, Azərbaycanın tarixi və milli dəyərləri,qərbin müsbət və mütərəqqi dəyərləri ilə sintez etdirilsin və bütün bu dəyərlər fonunda Azərbaycan yeni inkişaf xətti götürsün.Qərbi imitisiya isə tarixi,dini və milli dəyərlərdən ayrılaraq heç bir senzura olmadan yüzdəyüz qərb dəyərlərinə sarılmaq mənasını verir və belə bir şey soysuzlaşma olduğu üçün qəbul etmək olmaz.!!!

Nizami,Füzuli və Nəsimi kimi dahilərin yaradıcılığı ilə dünyagörüşünü formalaşdıran,Mirzə Cəlil və Sabir satirası ilə həyatı dərk edən həqiqi bir Azərbaycanlı üçün qərbə imitisiya və assimliyasiya(yəni təqlid edərək uyğunlaşdırma) mənim subyektiv fikrimcə təhqir və üzqarasıdır.Təssüflər olsunki, bu gün Azərbaycan xalqının tarixi,mədəni,milli və regional kimliyini səciyyələndirən xüsusiyyətlər və adət ənənələr  arxivləşmiş və bunun əvəzini mütləq mənada qərb dəyərləri istila etmiş və yaxud etməkdıdir.

Bunun üçün bir neçə faxt deyə bilərəm:,,,məs, bu gün qərbdə olanlardan,maviləşməni,cinsi azdlığı,vətandaşlıq nigahını artıq bizdə də  qəbul edirlər.

Sonda fikrimi tamamlayıb deyə bilərəm ki,bugün öz milli musiqimizə,Saz havasına və yaxud Klassik Estradamıza qulaq asmağı səviyyəsizlik kimi qəbul edən və əksinə dilindən heçnə başa düşə bilmədiyi Pitbull,İnna,Rihanna və s.kimi  Xarici müğənillərin mahnılarına asmağı Səviyyəli kimi başa düşən Dırnaqarası yeni fikirli gənclərimiz artıq mənaviyyat köləsi olmaqdan imtina edərək,qərbin yüsək elmi-texniki nailiyyətlərini mənimsəyib,Təqlidçi deyil,Sintezçi olsunlar…

Bu mənim ilk yazım olduğu üçün iradlarınizı və tənqidlərinizi gözləyirəm…..Əvvəlcədən Təşşəkkürlər.!!!

Advertisements

“Qərbə İnteqrasiya yox,Qəribə İnteqrasiya”” üzərinə 2 şərh

  1. İlk bloq yazınızda çox əhəmiyyətli və aktual bir problemə toxunmusuz.Muasir gənclər bilməlidilər ki,şərq mədəniyyəti daha zəngindir və qədim tarixə malikdir.Başqalarını təqlid edə-edə insan başqalaşır,yadlaşır və öz kökündən qoparaq manqutlaşır!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma